Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Tarixi

Bilgisel.az məlumat verir ki, bəzi məqamlarda “Adel” sindromu adlandırılan bu xəstəlik illər boyu davam edə bilər. Tibbdə çox zaman tanınmayan Adel sindromunu platonik sevginin sinonimikimi qiymətləndirmək olar.

Əvvəlcə, Adel sindromu ifadəsinin yaranma tarixinə nəzər yetirək.

Sindrom öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O, qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. Adel ailədə beşinci uşaq olub. O, çox gözəl qadın və istedadlı pianoçu idi. Lakin onun psixoloji sağlamlığında müəyyən problemlər varıydı.

Ruhi xəstəxanaya qədər aparan xəstəlik

Xəstəliyin simptomları

Adel sindromu – Əlamətləri, Müalicəsi

1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir. Orada da ciddi depresiya yaşayan qızın vəziyyəti günü-gündən pisləşir. 1858-ci ildə müalicə almaq üçün Fransaya geri qayıdır. Adel çox gözəl və istedadlı qadın idi və ona uzanan kişi əllərindən birmənalı olaraq imtina edirdi. Özünü daima sevgidən uzaq tuturdu. Daha sonradan Adel 1861-ci ildə Pinson adında bir zabitlə tanış olur. Və zaman keçdikcə anlayır ki, Pinson onun həyatının sevgisidir. Lakin, Pinson onunla ciddi münasibət düşünmür, zamanla Adelin sevgisi onu bezdirir və buna görə də Adeldən ayrılır. Amma Adel bunu qəbul etmir, Pinsonun izinə

Düşür, evinə yaxın ev tutur, hətta onun borclarını belə ödəyir. Bu zaman da Pinson evlənir və uşaq sahibi olur. Adel zabitin hələ də onun sevdiyinə inanır, ondan əl çəkmir. Sonunda isə qadın tamamilə müflisləşib küçələrdə qalır. Fransalı bir nəfər Adeli tanıyır və onu Hüqonun yanına aparır. Viktor Hüqo vəziyyəti anlayaraq, Adeli ruhi xəstəxanaya yerləşdirir. Adel ömrünün sonuna kimi həmin xəstəxanada qalır və oradaca  vəfat edir.

Əlamətləri

Qeyd edək ki, Adel sindromu tibbdə geniş tanınmır, tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışarkən istifadə edilən termindir. Bu sindromun əlamətləri hər 100 nəfərdən 90-ında özünü müəyyən formalarda ortaya çıxarır. Adel sindromlu insanlar psixoloji durumlarına nəzarət etməkdə çətinlik çəkirlər. Sanki realda deyil də, xəyalda yaşayırmışlar kimi hərəkət edirlər. Bu sindromu yaşayan insanlar gecələri narahat yatır, sevdikləri insanları yuxuda ən azı iki dəfə görürlər. Həyatla əlaqəni kəsirlər, telefonlara cavab vermirlər, hətta, zamanla əmək qabiliyyətlərini belə itirirlər. Belə insanların hər kəlməsində sevdiyi insanın adı olur və hər yerdə onun haqqında danışır.

Yeni tanışlıqlara cəhd göstərin

Xəstəliyin simptomları

Xəstəlikdən qurtulmağın yolu

Çıxış yolu

Adel sindromlu xəstələrə özlərini toplamaq üçün psixoloqlar bir neçə məsləhətə  görür:

-Vaxtınızı elə idarə edin ki, sevgiliniz haqqında düşünməyə az zamanınız qalsın.

– Özünüzə velosiped alın və ya yoqa ilə məşğul olmağa çalışın. Dil kursuna yazılın. Bir sözlə. Fərqli məşğuliyyətlər tapın.

– Əgər siz yatağınıza uzanıb, tavana baxanda onun haqqında düşünürsünüzə, uzanma formasını dəyişin.

– Siz pəncərə qarşısında durub ətrafa baxanda onu düşünürsünüzsə, pəncərəyə yaxın getməyin.

– Onu xatırladan insanlarla ünsiyyət qurmayın.

– Bir yerdə getdiyiniz və ya onun getdiyi kafeyə getməyin, sevgi musiqilərinə qulaq asmayın.

– Özünüzə bloknot alıb, onun pis vərdişlərini, qüsurlarını yazın. Əgər sizdə alınmırsa, yeni tanışlıqlara açılın.

Gülayə Məcid