Tez- tez rastlaşdığımız , amma haqqında az məlumatlı olduğumuz barkod müəyyən informasiyanı rahat oxunacaq şəkildə təqdim edən ağ və qara zolaqlı texniki vasitədir. Barkod nömrələri ticarətdə , kitabxana işində , poçt , sənədlərin işlənməsində və s. yerlərdə istifadə edilir. Barkodların oxunması üçün xüsusi cihaz – barkod skanerindən istifadə olunur.
Barkodların simvolları
İnformasiya müxtəlif üsullarla kodlaşdırılır. Barkodlar xətti və ikiölçülü simvola ayrılır . İki ölçülü barkodlardan fərqli olaraq, bir istiqamətdə (üfüqi xətt üzrə) oxunan barkodlar xətti (adi) adlanır. Ən geniş yayılmış xətti simvolikalar: EAN, UPC, Code39, Code128, Codabar, Interleaved 2 of 5. Xətti simvolikalar informasiyanın kiçik həcmini (adətən rəqəmlər şəklində 20-30 simvoladək) ucuz skanerlərlə oxunan, qəliz olmayan barkodlar vasitəsilə kodlaşdırmağa imkan verir .
Böyük həcmli informasiyanın kodlaşdırılması (mətnin bir neçə səhifəsinədək) üçün hazırlanmış simvolikalar iki ölçülü adlanır. İki ölçülü kod, iki ölçülü kodlar üçün nəzərdə tutulan xüsusi skaner vasitəsilə oxunur və böyük həcmli informasiyanı tez və səhvsiz daxil etməyə imkan verir . Belə kodun dekodlaşdırılması iki ölçüdə keçirilir (üfüqi və şaquli xətt üzrə) . Datamatrix, Data Glyph, Aztec .
Həmin kodda bunlar qeyd olunur (şəkilə əsasən) :
1.ölkə kodu : 30
2.istehsalçının kodu :00376
3.əmtəə kodu:21130
4.nəzarət rəqəmi:5
5.lisenziyaya əsasən hazırlanmış əmtəə nişanı :
Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir:
“EAN” sistemində ölkə barkodlarının uyğunluq cədvəli.
Əmtəənin həqiqiliyini müəyyənləşdirmək üçün nəzarət rəqəminin hesablanması nümunəsi
- Cüt yerlərdə yerləşən rəqəmləri toplayın: 8+0+2+7+0+1=18
- Əldə olunan nəticəni 3-ə vurun: 18×3=54
- Nəzarət rəqəmi istisna olmaqla, tək yerlərdə yerləşən rəqəmləri toplayın: 4+2+0+4+0+0=10
- 2 və 3-cü bəndlərdə göstərilən nəticələri toplayın: 54+10=64
- Onluq ədədi kənara atın: nəticə 4
- 10-dan 5-ci bənddə göstərilən nəticəni çıxın: 10-4=6
Hesabladıqdan sonra yekunda əldə olunan rəqəm barkodun nəzarət rəqəminə uyğun deyilsə, bu o deməkdir ki, əmtəə qanunsuz yolla istehsal edilib.
Gülər Seymurqızı