Tez- tez  rastlaşdığımız , amma haqqında az məlumatlı olduğumuz barkod  müəyyən informasiyanı rahat oxunacaq  şəkildə təqdim edən ağ və  qara   zolaqlı   texniki  vasitədir. Barkod  nömrələri ticarətdə ,  kitabxana  işində  ,  poçt , sənədlərin işlənməsində  və  s. yerlərdə  istifadə  edilir. Barkodların  oxunması  üçün  xüsusi cihaz – barkod skanerindən istifadə olunur.

Barkodların simvolları

İnformasiya  müxtəlif  üsullarla  kodlaşdırılır. Barkodlar   xətti  və  ikiölçülü  simvola ayrılır . İki ölçülü barkodlardan fərqli olaraq, bir istiqamətdə (üfüqi xətt üzrə) oxunan barkodlar xətti (adi) adlanır. Ən geniş yayılmış xətti simvolikalar: EAN, UPC, Code39, Code128, Codabar, Interleaved 2 of 5. Xətti simvolikalar informasiyanın kiçik həcmini (adətən rəqəmlər şəklində 20-30 simvoladək) ucuz skanerlərlə oxunan, qəliz olmayan barkodlar vasitəsilə kodlaşdırmağa imkan verir .

Böyük həcmli informasiyanın kodlaşdırılması (mətnin bir neçə səhifəsinədək) üçün hazırlanmış simvolikalar iki ölçülü adlanır. İki ölçülü kod, iki ölçülü kodlar üçün nəzərdə tutulan xüsusi skaner vasitəsilə oxunur və böyük həcmli informasiyanı tez və səhvsiz daxil etməyə imkan verir . Belə kodun dekodlaşdırılması iki ölçüdə keçirilir (üfüqi və şaquli xətt üzrə) .  Datamatrix, Data Glyph, Aztec .

Həmin kodda  bunlar  qeyd  olunur  (şəkilə  əsasən)   :

barkod cədəvli

 

1.ölkə kodu  : 30

2.istehsalçının kodu :00376

3.əmtəə kodu:21130

4.nəzarət rəqəmi:5

5.lisenziyaya  əsasən hazırlanmış  əmtəə  nişanı :

Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir:

“EAN” sistemində ölkə barkodlarının uyğunluq cədvəli.

barkod cədvəli

EAN Sistemində Ölkə Barkodlarının Uyğunluq Cədəvli

 

barkod

EAN Sistemində Ölkə Barkodlarının Uyğunluq Cədəvli

 

Əmtəənin həqiqiliyini müəyyənləşdirmək üçün nəzarət rəqəminin hesablanması nümunəsi

  1. Cüt yerlərdə yerləşən rəqəmləri toplayın: 8+0+2+7+0+1=18
  2. Əldə olunan nəticəni 3-ə vurun: 18×3=54
  3. Nəzarət rəqəmi istisna olmaqla, tək yerlərdə yerləşən rəqəmləri toplayın: 4+2+0+4+0+0=10
  4. 2 və 3-cü bəndlərdə göstərilən nəticələri toplayın: 54+10=64
  5. Onluq ədədi kənara atın: nəticə 4
  6. 10-dan 5-ci bənddə göstərilən nəticəni çıxın: 10-4=6

Hesabladıqdan sonra yekunda əldə olunan rəqəm barkodun nəzarət rəqəminə uyğun deyilsə, bu o deməkdir ki, əmtəə qanunsuz yolla istehsal edilib.

 

 

Gülər  Seymurqızı