Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları 2 aprel tarixində yekunlaşdı. Hazırda ali məktəblərə hazırlaşanların hamısı həyəcanla qəbul imtahanlarının 1-ci mərhələsi hesab edilən buraxılış imtahanlarının nəticələrini gözləyir.

 

Abituriyentləri gözləyən növbəti imtahanlar isə ali təhsil müəssisələrinə qəbul imtahanlarıdır. Məlum olduğu kimi, qəbul imtahanı 2 cəhddən ibarət olacaq.

 

Sosial şəbəkələrdə ixtisas qrupları üzrə keçiriləcək imtahanlara sənəd qəbulunun nə zaman başlayacağına dair xeyli sual ünvanlanır.

 

DİM-dən alınan məlumata əsasən, qruplar üzrə sənəd qəbulu bu tarixlərdə keçiriləcək:

 

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı: 15 aprel – 5 may

 

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı: 5-25 iyun

 

Abituriyentlər hər iki cəhddə iştirak etmək üçün göstərilən tarixlərdə qeydiyyatdan keçməlidir.

 

Qeyd edək ki, ixtisas qrupları üzrə qəbul imtahanları aşağıdakı tarixlərdə keçirləcək.

– III ixtisas qrupu üzrə (1-ci cəhd) 20 may

– III ixtisas qrupu üzrə (2-ci cəhd) 8 iyul

 

– II ixtisas qrupu üzrə (1-ci cəhd) 21 may

– II ixtisas qrupu üzrə (2-ci cəhd) 9 iyul

 

– IV ixtisas qrupu üzrə (1-ci cəhd) 3 iyun

– IV ixtisas qrupu üzrə (2-ci cəhd) 23 iyul

 

– I ixtisas qrupu üzrə (1-ci cəhd) 4 iyun

– I ixtisas qrupu üzrə (2-ci cəhd) 22 iyul