Aparılan son araşdırma pişiklərlə ünsiyyətin o qədər də çətin olmadığını təsdiqləyib.

Sadəcə bu sirli heyvanlara daha tez-tez gülümsəmək lazımdır.
Ancaq insanlarla ünsiyyətə öyrəşdiyimiz şəkildə deyil, pişik kimi gülümsəmək vacibdir.
Gözlərinizi qıymaq və yavaş-yavaş qırpmaq.
Alimlər pişiklər və insanlar arasında qarşılıqlı əlaqəni müşahidə edərək təsdiq ediblər ki, bu ifadə, istər tanış, istərsə də tanış olmayan pişiklərə insanlara yaxınlaşmağa imkan verir.

Əgər pişiklərin ətrafında bir az da olsa vaxt keçirmisinizsə, yəqin onların üzlərindəki “qismən qapalı gözlər” ifadəsini görmüsünüz.
Bu ifadə gülümsəyərkən insan gözlərinin daralmasını çox xatırladır.
Bu mimika çox vaxt, bir növ pişik təbəssümü kimi şərh olunur.

Pişik sahiblərinin sözlərinə görə insanlar bu ifadəni təqlid edərək pişiklərə mehriban və qarşılıqlı əlaqəyə hazır olduğumuzu göstərə bilər.
Bu, pişiklərlə ünsiyyətə açıq olduğunuzu və dostluqlar qurmağa çalışdığınızın göstərir.
Elmi araşdırmalar göstərir ki, pişik təbəssümündən istifadə ümumiyyətlə pişiklərlə münasibət qurmaqda faydalı ola bilər.