8 noyabrda Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi, zəfər günü kimi tarixə düşüb.
Bu qələbədən sonra sosial şəbəkələrdə, bir sıra şəxslər Azərbaycan Dövlət Himninin dəyişdirilməsi mövzusunu müzakirəyə çıxardıb.
Onların fikrincə, hazırki, himn minor notlar üzərində yazılıb və kədərli təsir bağışlayıb.
Ancaq qalib xalqın daha ruhlandırıcı bir himnə ehtiyacı olduğu vurğulanıb.
Bir çoxları isə bu fikirlərlə razılaşmayaraq, himnin olduğu kimi qalmasının tərəfdarıdır.