Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov bu barədə deyib.
O bildirib ki, nəsli kəsilməkdə olan heyvanlar əsasən məməli heyvanlar və bəzi yırtıcılardır:
“Həmin heyvanlar ov məqsədilə ovlandıqları üçün sayları azalır. “Qırmızı Kitab”ın birinci nəşrində onların sayı 14 idisə, 2013-cü il nəşrində 43 olub. İri məməlilərdən bizdə nəsli kəsilməkdə olan ilk heyvan ayıdır. Lakin artıq ayıların sayı bərpa olunmuş kimi sayılır. Ona görə də üçüncü nəşrə salınmayıb. İkinci təhlükədə olan canlı zolaqlı kaftardır. Ceyranların sayı azalsa da, bərpa olunmağa doğru gedir. Maral və cüyür də “Qırmızı Kitab”a salınıb. Bundan başqa bezoar keçiləri və buffonlar da nəsli kəsilməkdə olan heyvanlar siyahısındadır”.
İstinad: APA