Türkiyədəki zəlzələ ilə bağlı təşkil edilən yardım kampaniyası çərçivəsində Bakı, Əl oyunları sarayı, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində yardımlar toplanır.
Yardımlar insanların müxtəlif lazımi əşyaları gətirdikləri yerlərdə könüllülər tərəfindən toplanıb, çeşidlənərək TIR-lara yığılır. Əsasən isti geyimlər; palto, əlcək, şərf, gödəkçə və s. bu kimi əşyalar üstünlük təşkil edir.