Dünyada təxminən 6 milyona yaxın Mason olduğu deyilir. Mason sözünün hərfi mənası “bənna” deməkdir. Bu təşkilatın qurulması qədim zamanlara gedib çıxsa da, ilk mason lojası 1717-ci ildə Londonda qurulub.
Bir çoxlarının fikirləşdiyi kimi masonlar heç də ateist deyillər. Hətta kainatın yaradanı olduğuna inanmayanları lojaya üzv qəbul etmirlər.
Lojaya üzvlük şərtləri belədir:
*şəxsi iradənlə seçilməlisən
*kainatın yaradıcısı olduğuna inanmalısan
*18 yaşından böyük olmalısan
*əxlaqlı olmalısan
*cəmiyyətdə müəyyən etibarın olmalıdır
*əqli və yaxud da fiziki qüsurun olmamalıdır.
Massonlar dünyadakı bir çox ölkənin iqtisadiyyatını idarə edirlər. Yəqin elə buna görə də, Hitler onları düşmən gözündə görüb. Belə ki, Hitler dövründə iki yüz mindən çox mason lojasının üzvi əsir düşərgələrində öldürülüb. Dünyada bir çox məşhur şəxs mason lojasının üzvi olub. Corc Vaşinqton, Bethoven, Darvin.
Ancaq bu siyahıda təkcə yaxşı mənada tanınanlar yox, pis şöhrətə sahib olan şəxslər də var. Elə götürək Andres Breiviki. O, 2011-ci ildə Norveçdə terror aktı törədib.Bu terror aktı zamanı 77 nəfər öldürülüb. 242 nəfər isə yaralanıb. Anders Breivik də mason lojasının üzvüdür.
Azərbaycanda da masonluğun izlərinə rast gəlinir
Nəinki canlılar cansızlar da masonların izini özündə daşıyır. Məsələn ABŞ-dakı Azadlıq heykəli. Bu heykəlin memarı da mason olub.
Azərbaycanda massonluğun izləri keçmişə qədər uzanır. Hətta bəzi mənbələrdə Nizami Gəncəvinin də belə mason olduğu deyilir. Belə ki, onun “Əxilik” yəni “Qardaşlıq” adlı gizli təşkilata üzv olması dəfələrlə gündəmə gətirilib. Azərbaycanda Milli Böyük Mason lojasının fəaliyyət göstərdiyi iddia olunur. Bu lojanın sədrinin əslən təbrizli Robert Bağır olduğu məlumdur. Mətbuatın yazdığına görə, o, Çavuşenski rejminin yıxılmasında, Ruminyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı türk dilli Nur lojası və Azərbaycan lojasının qurulmasında fəal iştirak edib. Hətta Azərbaycanda metrolarının piramida formasında olmasını da onlar ilə əlaqələndirirlər.
Bu məsələlərdə adı hallanan daha bir azərbaycanlıdan Türkiyə Massonlar Lojasının sədri olduğu deyilən Əli Herisçidir. Onun haqqında mətbut bir neçə dəfə yazıb. O, 1958-ci ildə Cənubi Azərbaycanda anadan olub. Onun atası Qafar Kəndli Pişəvərinin yaxın silahdaşı olub. Ailəsi mühacir həyatı yaşayıb. Yazıçı Həmid Herisçinin də qardaşıdır. Əli Herisçi 1990-cı ildə Türkiyəyə gedib. O, rəssam kimi fəaliyyət göstərib. Əli Herisçidən Türkiyə Massonlar Lojasının sədri olub-olmadığını soruşanda, o, bu suala belə cavab verib: ”Atam cənubi Azərbaycan dövlətinin qurucularındandır. Şimala dönəndən sonra da Mərkəzi Komitənin üzvü idi. Mənim əmilərimdən biri Fransada Arian Kosmik mərkəzində kosmik fizika üzrə professordur. Hazırda Parisdə yaşayır. Adı da Cəmşid Herisçidir. Azərbaycandan Avropada və Amerikada əhəmiyyətli ticarət əlaqələri olan ailələrdən biri də bizim ailədir. İranda pasportuna Azərbaycan soyadını yazdıran ilk ailələrdən biri də bizik. İndi bu və buna bənzər səbəblərə görə bizə bir çox şeyi yaraşdırırlar”. Onun bu sual barəsində son sözləri isə belə olub. “Məndən bu sualı soruşanda deyirəm ki, bu çok şəxsi mövzudur”.
Aytəkin Cəlali.