“Bambi” 1942-ci ildə Uolt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Disney studiyası tərəfindən yaradılmış sayca beşinci cizgi filminin 1942-ci il avqustun 13-də təqdimatı olub və 2 milyon dollardan artıq gəlir gətirib.

 

Cizgi film Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 2005-ci il martın 1-də “Bambi” DVD-də yenidən satışa çıxarılıb. 2006-cı il fevralın 7-də Disney studiyası filmin sikvelini – “Bambi 2” cizgi filmini təqdim edib.

 

1942-ci ildə “Bambi” cizgi filmi çıxdıqdan sonra ovçuların sayı 50 faiz azaldı. Bu hadisə “Bambi effekti” kimi tarixə keçdi. İnsanlarda heyvanlara qarşı sevgi yarandı və onlar hobbilərindən həmişəlik imtina etdilər. Beləliklə, “Bambi” heyvanların yaşamaq hüquqlarının qorunmasının rəmzinə çevrildi.