Çörəyi isti-isti, təzə-təzə yeməyin yeri başqadır. Ancaq bayat çörəkləri də müxtəlif tərkiblərə çevirib dəyərləndirməyin bir çox yolu var.

Bilgisel bayat çörəkləri dəyərləndirməyin ən sadə və maraqlı üsullarını təqdim edir:

Bayat çörək pizzası

Səhər yeməyində və ya ara öyünlərdə yeyə biləcəyiniz bu təamı hazırlamaq olduqca asandır. Əvvəlcə çörəkləri dilimləmək lazımdır.  Sonra üzərinə tomat və ya pomidor sousu çəkin. Pomidor, bibər, soğan, sosis və ya dilədiyiniz başqa ərzaqları doğrayın. Duz-istiotla qarışdırın. Daha sonra çörk dilimlərinin üzərinə düzün. Üstünə çeddar pendiri əlavə edin. Daha sonra hazırladığınız bu çörək dilimlərini əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişirin. Bu qədər sadə və ləzzətli!

Bayat çörək pizzası

Yarım bayat çörəyi oxalayıb 5 dəqiqə suda yumşaldın. Sonra çörəyin suyunu sıxıb yarım kiloya qədər qiyməylə qarışdırın. Xırda doğranmış bir ədəd soğan və 2-3 diş sarmısağı  qiyməyə əlavə edin.  Sonda bir ədəd yumurta, apardığı qədər duru yağ, duz, istiot əlavə edib yoğurun. Bir az özlədikdən sonra köftələrinizi sobada bişirə və ya tavada qızarda bilərsiniz.

Bayat çörək pizzası

Qızarmış çörək parçalara kimi bilinən suxarilər çorbalarda və ya salatlarda istifadə olunur. Bunun üçün bayat çörəklıri kub şəklində doğrayın. Sarmısaq, duz, istiot, quru göylə qarışdırın. Sobada və ya yağda qızartmaq olar.

Bayat çörək börəyi

Bir bayat çörəyi kub şəklində doğrayın. Yarım stəkan süd, 1 stəkan ağ pendir, cəfəri, duz, 1 xörək qaşığı yağ, 2 yumurta, 1 paket qabartma tozu əlavə edin və yaxşı qarışdırın. Çörəkləri bu qarışıma batırın. Onların yarısını yağlanmış qaba düzün. Arasına çedar pendirini qoyun. Sonra qalan çörəklərlə üzərini bağlayın. Sobada 200 dərəcə bişirin. Çörək qəhvəyieəng almağa  başlayanda üzərinə çedar pendirini səpin. Üzəri qızarana qədər bişirin və ləzzətlə yeyin.

Çanaqda yumurta

Bayat dəyirmi çörəkləri yuxarıdan bir qapaq şəklində kəsib içini çıxarın. Tava içərisində 2 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı kərə yağını isidin. 1 xırda doğranmış yaşıl soğan, bir çay qaşığı qara istiot və duz əlavə edib qovurun. Qazdan götürdükdən sonra üzərinə 1 stəkan sürtgəcdən keçirilmiş çedar pendir əlavə edib qarışdırın. Hazırladığınız qarışığı bütün çörəklərin altına çəkdikdən sonra içərisinə bir yumurtaqırın.. İstəsəniz, bu mərhələdə qovurma  da əlavə edə bilərsiniz. Soba qabına qoyun və 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.