Çinli alimlər bir ilkə imza atdılar! Beyninizdən keçənlər artıq yazılır
Çin alimləri artıq insanların beynindən keçənləri Çin dilində ifadə edə biliblər.
South China Morning Post qəzetinin xəbərində, beyin-kompüter interfeysi texnologiyasındakı irəliləyişlərlə insanların beynindən keçənləri artıq ingilis və yapon dillərində qısa ifadələrlə şifahi şəkildə ifadə edə bildiyi bildirilib.
Tədqiqatda beyin siqnallarını qeyd edən elektrofizioloji görüntüləmə növü olan “elektrokortikoqrafiya” istifadə edilmişdir.
Beyin şişi əməliyyatında 5 xəstənin beyninə elektrod yerləşdirən tədqiqatçılar əməliyyat zamanı xəstələrdən fərqli tonlarda heca söyləmələrini istəyib.
Tədqiqatda elektrodlar beyin fəaliyyətlərini qeyd edərkən istifadə edilən model bu fəaliyyətləri beyin siqnallarındakı ton və hecalardan deşifrə edib.
Çin alimlərinin işi insanların beyin fəaliyyətini Çincədə ifadə etmək baxımından bir ilkdir.