Rusiya və Amerika arasındaki döyüş yalnız yer üzərində deyildi. İki ölkə arasında kosmos sahəsindəki rəqabət də günü-gündən artırdı. Rus kosmonavt Vladimir Komarov hava boşluğundakı bu döyüşlərin qurbanı oldu.

1957-ci ildə Sovet Rusiyasının kosmosa göndərdiyi ilk süni peyk “Sputnik 1” bu döyüşü başlatdı. Daha sonra ABŞ, “Explore 1” peykini kosmosa göndərdi. Hesab bərabərləşsə də, mübarizə davam edirdi. 1957-ci ildən 1975-ci ilə qədər hər iki ölkə kosmos sahəsindəki üstünlüklərini sübut etməyə yönəlmiş layihələrlə çıxış etdi.

Rusiyanın kosmik proqramı çərçivəsində Polkovnik Vladimir Komarovun olduğu “Soyuz-1” kosmosa göndəriləcəkdi. Ardından “Soyuz-2” də üç nəfərlik heyət ilə göndəriləcək və bu üç kosmonavtdan ikisi kosmosda yürüyüşlə “Soyuz-1”ə keçərək dünyaya qayıdacaqdılar.

23 Aprel 1967-ci ildə “Soyuz-1” kosmosa göndərildi. Eyni zamanda bu gəmi gecə göndərilən ilk insanlı kosmik gəmi idi.

Yuri Qaqarinin həyatını xilas edən polkovnik

Bilə-Bilə Ölümə Gedən Polkovnik

Yuri Qaqarinin həyatını xilas etdi

Digər kosmik layihələrdən fərqli olaraq, “Soyuz-1” üçün uçuş testləri edilmədi. Polkovnik Komarov bu ciddi riski yaxşı bilirdi, lakin siyasi basqılar var idi. Komarov dostlarına öləcəyini bildiyini də söylədi ancaq geri addım atmadı. O göndərilməsə yerinə dostu Yuri Qaqarin göndəriləcəkdi.  Bunun fərqində olan Komarov: “Mən ölməsəm, o öləcək” dedi.

Test edilmədiyi üçün ciddi təhlükələr yarana bilərdi. Qalxışın ardından “Soyuz-1” in günəş panelləri açılmadı. Sovet səlahiyyətliləri qurtarma planı düşünməyə başladılar. “Soyuz-2” ilə müdaxilə etmək düşünülsə də, bu mümkün deyildi. Çünki eyni problemlər “Soyuz-2”də də olacaqdı. “Soyuz-1” dünyaya enməli idi.

“Soyuz-1” nəzarətsiz halda dünyaya yaxınlaşarkən, Komarov sonunun yaxınlaşdığını fərq edirdi. Paraşütü açmağa çalışmadan öncə, Komarov həyat yoldaşı ilə soyuqqanlı bir şəkildə sağollaşır və rus səlahiyyətli şəxslərin ünvanınlarına da ağır ifadələr söyləyir. Rus baş naziri Aleksey Kosıgin cəsur kosmonavta “Ölkəsinin onunla qürur duyduğunu” bildirdi. Komarov kapsuldan ayrılsa da, paraşüt açılmır. İkinci paraşüt isə Komarovun üstünə dolaşır. Kosmonavt Komarovun son sürətlə yer üzünə düşməsi və bu düşüşlə də bir anda bütün bədəninin əriməsi qaçınılmaz son idi. Onun dəhşətli fəryad səsləri radiodan eşidilirdi. 6 tona yaxın ağırlığa malik Soyuz-1 yerə düşdü. Komarov isə yanma nəticəsində tanınmaz halda idi. Ölkəsi onunla fəxr edirdi. Ancaq siyasi basqılar və laqeydliklərdən dolayı faciəvi şəkildə öldü, geridə isə kədərli bir ailə buraxdı..

 

 

Məryəm Hüseyn