Amerikanın “NBC” televiziya kanalında müxbir kimi çalışan Viktoriya Praysın izləyicisindən gələn bir e-mail sayəsində həyatı dəyişib.

Belə ki, xəbər təqdim edən Viktoriyanın boynundakı şişin fərqinə varan izləyici bu şişkinliyin xəstəlikdən xəbər verdiyini düşünərək Praysa bir e-mail göndərib.

Dərhal həkimə gedib

Pandemiya günlərində yorğun iş rejimində çalışdığından özünə vaxt ayıra bilməyən Viktoriya mesajı oxuyan kimi təlaşa düşüb və müayinə üçün dərhal həkimə gedib. Müayinədən sonra amerikalı müxbir xərçəngə tutulduğunu öyrənib.

İzləyiciyə təşəkkür etdi

Əməliyyatı uğurla keçən Prays izləyicisinə təşəkkür etməyi də unutmayıb.

“Bu elektron məktubu alana qədər həkimə getmək ağlımın ucundan belə keçmirdi. Müayinə olunmasaydım, xəstəliyim yayılmağa davam edəcəkdi. Bu qorxunc və dəhşətli bir düşüncədir. Biz insanlar bir-birimizə yaxşı baxmalıyıq” – deyən Viktoriyaya sosial şəbəkələrdə sevənlərindən də dəstək gəlib.

 

Mübariz ZƏKİ