ABŞ astroloqu Maren Altman bitkoinin qiymətindəki dəyişiklikləri “göy cisimlərinin hərəkətlərinə görə” təxmin etdiyini iddia edir.
Onun TikTok-da izləyicilərinin sayı 1 milyona çatıb.
NTV-nin xəbərinə görə, Altman 2020-ci ildə kriptovalyutaların qiymətləri yüksəldikcə bu mövzuda məzmunlar hazırlamağa başlayıb. Onun 22 yaşı var.
Maren qeyd edir ki, qiymət istiqamətlərini təxmin edə bilər, ancaq özünü maliyyə məsləhətçisi hesab etmir, bu səbəbdən də “al”və “sat” məsləhəti vermir.
Onun bitkoinlə bağlı son təxmini isə belədir: “Yanvar ayının sonunda və özəlliklə, fevral və mart ayının əvvəlində qiymətdə müsbət dəyişikliklər olacaq. Martın ortasında böyük bir düzəlmə görürəm, aprelin ortasında isə o qədər də müsbət fikir deyə bilmərəm. Mayda isə bitkoin dəyərləri yenə yüksəlişdə olacaq”.
Maren Altmana görə, Merkuri bitkoinin yüksək qiymətlərini təmsil edir, Saturn isə onun məhdudlaşdırıcı göstəricisidir.