Bu gün Xalq Artisti Aygün Kazımovanın doğum günüdür. Öz doğum günündə “Bu qadın” adlanan mahnısını sevənləriylə paylaşan müğənni bu sözləri qeyd edib: “Doğum günümdə təqdim etdiyim yeni layihəmi, gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm.
“Bu qadın” tək deyil: mən, sən, o, biz – hamımız həmin qadınların dərd ortağıyıq.
Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram…”.
Qeyd edək ki, hər zaman yenilikləriylə yadda qalan, səhnəmizin Divası Aygün Kazımovanın bu il 50 yaşı tamam olur.