Bu gün mərhum sənətkar Ağaxan Abdullayevin doğum günüdür. 6 fevral 1950-ci ildə Bakının Əmircan kəndində anadan olan sənətkar 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil aldıqdan sonra 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən Asəf Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb.

Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

 

 

Mübariz Zəki