Son dövrlərdə artan koronavirus yoluxmalarına qarşı bir sıra tədbirlər görən Rusiya çox danışılacaq bir addım atmağa hazırlaşır.

Ölkədə peyvənd olmayanların işləməyini əngəlləyən qaydalar üzərində işlənilir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Covid-19 peyvəndi olmayanların bir çox sahədə işləməyinin qarşısının alınacağını bildirib. Eyni zamanda, bu şəxslərin məhdud iş seçimləri ola biləcəyini vurğulayıb.

“Reallıq budur ki, ayrı-seçkilik qaçılmaz olacaq. Peyvənd olunmayanlar və ya immunitet sertifikatı olmayanlar hər yerdə işləyə bilməyəcəklər. Çünki çevrələrindəkilər üçün təhdid yaradırlar”.

Qeyd edək ki, artan yoluxma sayına görə Moskvada bir sıra məhdudiyyətlər iyunun 29-na qədər uzadılıb.