İndoneziyanın cənubunda yaşayan Toraja qəbiləsinin üzvləri hər il adəti üzrə, ölülərini məzardan çıxarıb, yeni paltarlar geyindirərək, onlara siqaret çəkdirirlər.
Bu inanc onların mədəniyyətlərinin ayrılmaz hissəsinə çevrilib. Onlar bunu edərlərsə, daha uğurlu bir il keçirəcəklərini düşünürlər. Qəbilə üzvləri ölüləri ilə foto çəkdirməyi də unutmurlar.
1 neçə həftə ölüləri ilə söhbət edib, dərdləşdikdən sonra qəbilə üzvləri ölüləri yenidən aid olduqları yerə – məzara basdırırlar.
Bu adət hər il iyul, avqust, sentyabr aylarında baş verir.
Mübariz ZƏKİ