Video oyun oynayanlar oynamayanlara nisbətən daha xoşbəxt imiş.
Oksford Universitetinin apardığı araşdırma bunu deməyə imkan verir.
Universitetin Sosial Elmlər fakültəsi nəzdində İnternet İnstitutu tərəfindən aparılan araşdırmada Nintendo-nun “Animal Crossing” və EA-nın “Plants vs Zombies” oyunlarına diqqət edilib.
Oyunların qurucuları araşdırmaçılarla anonim olaraq istifadəçilərlə bağlı məlumatları paylaşıb. Bu məlumatlarda onların oyun müddəti və oyanayarkən özlərini necə hiss etdikləriylə bağlı sorğunun cavabları yer alıb.
Ümumilikdə, 18 yaşdan yuxarı 3 min 274 oyunçunun məlumatları imcələnib.
Tədqiqata rəhbərlik edən Professor Andrew Przybylski nəticələrin təəəcübləndirici olduğunu bildirərək söyləyib:
“Gündə 4 saat oyun oynayanda daha çox xoşbəxt hiss etdiyinizi bildirirsiz. Bu, oyunun təkcə özünün xoşbəxt etdiyi mənasına gəlmir. Çünki bundan öncəki 40 illik araşdırmalar insanların oyun oynadıqca daha bədbəxt hiss etdiklərini göstərirdi”.
Mütəxəssis bu nəticənin hər iki oyunda da digər insanların oynadığı obrazlarla qarşılıqlı əlaqəni təmin edən sosial xüsusiyyətlərlə bağlı ola biləcəyini deyib. Bildirib ki, insanlar sosial baxımdan xoşbəxt olmasalar, oyunlara bu qədər zaman ayırmazlar.
Bu baxımdan onlayn oyunlar iş yerlərində olduğu kimi qaynayıb-qarışmaq imkanı verir.