Son günlər Azərbaycanla ermənistan arasında yaranan müharibə bütün dünyanın gündəmindədir. Məsələ ilə bağlı Türkiyəli məşhurlar sosial şəbəkələrdə paylaşımlar edərək, Azərbaycana dəstək olduqlarını bildiriblər. Həmin paylaşımları sizə təqdim edirik.

 

Mustafa Ceceli

“Vaxtıdır. Allah qələbə nəsib etsin.”

Sinan Akçıl

“Qardaş ölkəyə dəyən əlbəttə hesabını ödəyər. Başımız sağ olsun.”

Oktay Kaynarca

“Türkiyə hər zaman Azərbaycanın yanındadır.”

Seda Sayan

“Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.”

Ebru Gündeş

“Azərbaycan və Türkiyə dost deyil. Dostluq bir-birini sonradan tanıyanlar arasında olur. Biz qardaşıq.”

Cüneyt Arkın

“İki bədəndə bir can.”

Tuvana Türkay
“Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm.”

Ebru Yaşar
“Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq.”

Seren Serengil

“Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin.”

Alişan

“Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün.”

Doğuş

“Biz bir millət iki dövlətik. Yanındayıq, Azərbaycan.”

Müşərrəf Akay

“Türk milləti hər zaman qardaşımız, canımız Azərbaycanın yanındadır. İki dövlət bir milətik! Bütün dünya bunu bilsin!”

Uğur Işılak

“Ey ermənistan, 1915-1916-ci illərdə mülki şəxslərimizə etdiyiniz qırğınlardan, PKK’ya dəstəyinizdən, Xocalıda öldürdüyünüz yüzlərcə candan tanıyır bu millət sizi. Qeyd-şərtsiz, Azərbaycanın yanındayıq.”

Aydan Şener

“Bu planeti heç cürə paylaşa bilmədik. Sevirəm səni Azərbaycan.”

Sami Yusuf

“Bütün düşüncə və dualarım sevimli Azərbaycan üçündür.”

 

Mübariz Zəki