Türkiyənin Van şəhərində eyni anda iki mövsüm yaşanır.

Belə ki, Vanın Gevaş rayonunda baharın çalarları üstünlük təşkil etdiyi halda, 60 kilometr uzaqlıqdakı Baxçasaray rayonunda sözün əsl mənasında qış yaşanır.

Qarın yavaş-yavaş əriməsi ilə bir tərəfdə lalələr çiçəkləyir, digər tərəfdə isə qarla mübarizə səyləri davam edir.