Bitkilərin budanması mühüm aqrotexniki tədbirlərdən biridir. Budama ilin bütün fəsillərində aparıla bilər . Lakin , bunun üçün müəyyən edilən qaydalara riayət etmək mütləqdir . Əks halda bitki məhsuldarlığını itirə və ya tamamilə yarasız hala gələ bilər.
Budama zamanı bitkinin üst görünüşünə diqqət etmək lazımdir. Budamaya aşağı budaqlardan başlamaq mütləqdir. Ağacı Günəş şüaları ilə təmin etmək üçün ağac tacında olan seyrəkliklər nəzərə alınmalıdır. Əsasən də meyvə ağaclarını budayarkən diqqətli olmaq mütləqdir .Cavan , yəni 4- 6 yaşa qədər olan meyvə , həmçinin ağac və kol bitkilərinin budanması formavermə istiqamətində aparılır. Yaşlı bitkilərdə budama aşağıdakı məqsədlərlə aparılır:
- məhsuldarlığın nizamlanması
- çox yaşlı bitkilərin dərin budanılması ilə cavanlaşdırılması
- bitkinin xəstə və qurumuş budaqlardan təmizlənməsi
- köklər qida maddələrini və suyu yerüstü hissəyə normal çatdırmadıqda
Qışda bitkilər yarpağını tökəndən gələn ildə yeni budaqlar çıxanadək budama prosesi aparılmalıdır. Bu proses quru budama adlanır. Nəzərə almaq lazımdır ki, qışı mülayim və az şaxtalı keçən aran zonalarda quru budama bütün payız –qış dövrü, qışı sərt keçən dağlıq zonalarında isə yazqabağı aparılmalıdır. Həmişəyaşıl bitkilərdə və qışda yarpağını tökən bitkiləri məhuldarlığa hazırlamaq üçün budama qışda aparıla bilər.
Yaz və yay aylarında aparılan budama əməliyyatı yaşıl budama adlanır. Zərurət yaranmadıqca bitkilərin vegetasiya ( cücərmə , boy atma və yetişmə) dövründə budanması məsləhət deyil. Əgər , vegetasiya dövründə yaşıl budama əməliyyatı aparılarsa dərhal zonanın xarakterik xəstəliklərinə qarşı uyğun preparatlardan istifadə etmək lazımdır.
Budama çox böyük səbr, səriştə və diqqət tələb edən əməliyyatdır. Budama sadəcə gödəltmə və qısaltma prosesindən ibarət deyil , hər bir bitkiyə ayrıca yanaşma tələb olunur.
Budama əməliyyatında hansı qaydalara riayət etmək lazımdır:
- budama yüksək səviyyədə itilənmiş və sazlanmış alətlərlə (mişar, bıçaq, qayçı)aparılmalıdır
- kəsilən hissə sonuncu tumurcuğun əks tərəfindən 1 -2 sm aralı maili kəsilməlidir
- birillik yaşıl və oduncaqlaşmış zoğlar bağ qayçısı və ya bıçaqla ilə kəsilməlidir
- çoxillik oduncaqlaşmış budaqlar isə bağ mişarı ilə kəsilməlidir
- gövdədən ayrılmış I – dərəcəli budaqları 2 sm –dən artıq kəsmək düzgün Bu gövdənin zədələnməsinə səbəb ola bilər
- budama aparıldıqdan sonra kəsilmiş hissələr bitkinin üzərindən təmizlənməlidir.
- Güclü budama aparılan bitkilər dərhal suvarılmalıdır ki , yara yerləri tez sağalsın
Gülər Seymurqızı