Bitkilərin  budanması  mühüm aqrotexniki tədbirlərdən biridir. Budama  ilin bütün  fəsillərində  aparıla  bilər . Lakin , bunun üçün müəyyən  edilən qaydalara riayət  etmək  mütləqdir . Əks  halda  bitki məhsuldarlığını itirə  və ya tamamilə yarasız hala gələ  bilər.

Budama nədir?

Budama zamanı bitkinin üst  görünüşünə diqqət etmək lazımdir. Budamaya  aşağı budaqlardan başlamaq mütləqdir. Ağacı Günəş şüaları ilə təmin etmək üçün ağac tacında olan seyrəkliklər  nəzərə alınmalıdır. Əsasən də  meyvə  ağaclarını budayarkən diqqətli olmaq mütləqdir .Cavan , yəni  4- 6  yaşa qədər  olan  meyvə ,  həmçinin ağac  və  kol  bitkilərinin budanması formavermə  istiqamətində  aparılır. Yaşlı bitkilərdə budama aşağıdakı  məqsədlərlə aparılır:

  • məhsuldarlığın nizamlanması
  • çox yaşlı bitkilərin dərin budanılması ilə cavanlaşdırılması
  • bitkinin xəstə  və  qurumuş budaqlardan təmizlənməsi
  • köklər qida maddələrini və suyu yerüstü hissəyə normal çatdırmadıqda

Qışda bitkilər yarpağını tökəndən gələn ildə yeni budaqlar çıxanadək budama prosesi aparılmalıdır. Bu  proses quru  budama adlanır. Nəzərə almaq  lazımdır ki,  qışı  mülayim və  az şaxtalı keçən aran zonalarda quru  budama bütün payız –qış  dövrü, qışı sərt  keçən dağlıq  zonalarında  isə  yazqabağı  aparılmalıdır. Həmişəyaşıl bitkilərdə  və qışda yarpağını tökən bitkiləri məhuldarlığa  hazırlamaq   üçün budama qışda aparıla bilər.

 

budama  prosesi

Quru Budama

Yaz  və  yay  aylarında aparılan  budama əməliyyatı yaşıl budama adlanır. Zərurət  yaranmadıqca bitkilərin  vegetasiya ( cücərmə , boy atma və yetişmə)  dövründə  budanması məsləhət deyil. Əgər , vegetasiya dövründə  yaşıl budama əməliyyatı aparılarsa dərhal  zonanın xarakterik  xəstəliklərinə  qarşı uyğun preparatlardan istifadə  etmək lazımdır.

 

yaz  və  yay aylarnda  budama

Yaşıl Budama

Budama  çox böyük  səbr, səriştə  və  diqqət tələb  edən əməliyyatdır. Budama  sadəcə  gödəltmə  və  qısaltma  prosesindən  ibarət deyil , hər bir  bitkiyə ayrıca yanaşma tələb olunur.

Budama əməliyyatında hansı qaydalara riayət etmək lazımdır:

Budama Prosesi

  • budama yüksək səviyyədə itilənmiş və sazlanmış alətlərlə (mişar, bıçaq,  qayçı)aparılmalıdır
  • kəsilən hissə sonuncu tumurcuğun əks tərəfindən 1 -2 sm aralı maili kəsilməlidir
  • birillik yaşıl və oduncaqlaşmış zoğlar  bağ qayçısı və ya bıçaqla ilə  kəsilməlidir
  • çoxillik oduncaqlaşmış budaqlar isə  bağ mişarı ilə kəsilməlidir
  • gövdədən ayrılmış I – dərəcəli budaqları 2 sm –dən artıq kəsmək düzgün  Bu  gövdənin zədələnməsinə səbəb ola bilər
  • budama aparıldıqdan sonra kəsilmiş  hissələr  bitkinin üzərindən təmizlənməlidir.
  • Güclü budama aparılan bitkilər dərhal suvarılmalıdır ki , yara yerləri tez  sağalsın

 

 

 

Gülər  Seymurqızı