Bilgisel.az bürclərin 8 avqusta olan astroloji proqnozunu təqdim edir.

Qoç – faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin.

8 avqustda qoç bürcünü gözləyənlər

Qoç bürcü

Buğa – uzunmüddətli tərəfdaşlığa başlamaq məsləhətdir. Fərqli təmaslar riskli olsa da, qısamüddətli macəraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın.

8 avqustda buğa bürcünü gözləyənlər

Buğa bürcü

Əkizlər – işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları axtarın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın.

8 avqustda əkizlər bürcünü gözləyənlər

Əkizlər bürcü

Xərçəng – təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın.

8 avqustda xərçəng bürcünü gözləyənlər

Xərçəng bürcü

Şir – yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar.

8 avqustda şir bürcünü gözləyənlər

Şir bürcü

Qız – bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. Işdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin.

8 avqustda qız bürcünü gözləyənlər

Qız bürcü

Tərəzi – məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək.

8 avqustda tərəzi bürcünü gözləyənlər

Tərəzi bürcü

Əqrəb – ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.

8 avqustda Əqrəb bürcünü gğzləyənlər

Əqrəb bürcü

Oxatan – günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır.

8 avqustda oxatan bürcünü gözləyənlər

Oxatan bürcü

Oğlaq – eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın.

8 avqustda oğlaq bürcün gözləyənlər

Oğlaq bürcü

Dolça – yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. Işdə rəhbərliklə müzakirələr aparın.

8 avqustda dolça bürcünü gözləyənlər

Dolça bürcü

Balıqlar – Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur.

8 avqustda balıqlar bürcünü gözləyənlər

Balıqlar bürcü

Ülkər Abdurahmanlı