Bir çox insan qəhvənin sağlamlığa zərərli olduğunu düşünsə də, mütəxəsislər bunun əksini söyləyir. Belə ki, qəhvə:
- insanda enerjini artırır, zəkanı gücləndirir.
- bədəndə yağların əriməsinə səbəb olur.
- fiziki gücü artırır.
- Altsheymer, Parkinson, Demans və xərçəng kimi xəstəliklərə yoluxma riskini azaldır.
Amma sözsüz ki, qəhvənin ifrat dərəcədə qəbulu məsləhət deyil. Təqdim edəcəyimiz bu resept isti yay günlərində sizin əvəzolunmaz sərinləşdirici içkiniz olacaq.
Buz Kimi Qəhvə Resepti
- 4 çay qaşığı dənəvər qəhvə
- 2 çay qaşığı şəkər tozu
- 3 stəkan soyuq süd
- Buz
Hazırlanması
- Bankanın içərisinə qəhvəni, şəkər tozunu və soyuq südü əlavə edib qapağını örtürük.
- Qəhvə və şəkər tozu süddə həll olunub, köpüklənənə qədər 5 dəqiqəyə yaxın qarışdırırıq.
- Qəhvə hazır olduqdan sonra fincanlara buzları qoyuruq.
- Fincana bankadakı qəhvəni əlavə edirik.
- Buz kimi qəhvəmiz hazırdır. Nuş olsun.
Mübariz ZƏKİ