Sosial şəbəkələrdə Azərbaycan ordusuna dəstək üçün #Buxalqməğlubedilməz həştəqi yaradılıb.
Sözügedən həştəqdə paylaşılan bir status isə qürurvericidir.
Belə ki, hazırda cəbhədə döyüşən hərbçilərdən biri televiziya kanallarına müsahibə verərəkən, qızının 7 yaşı tamam olduğunu deyib və onu efir vasitəsilə təbrik edib.
Bir qrup gənc bu hadisədən sonra, sözügedən qızı taparaq, ona hədiyyə aparıblar. Hədiyyənin üstünə “Atandan sənə hədiyyə” sözləri yazılıb.