İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən Boliviya generalı, istefada olan Qari Prado 85 yaşında vəfat edib.

Bu barədə “El Deber” qəzeti məlumat yayıb.Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər yaranıb.

Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba inqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. Bir inqilabçının tutulması və partizanlara qarşı mübarizəsi üçün Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif edib.