Milyarder İlon Mask Microsoft və Google-un süni intellekt təşəbbüslərinə meydan oxumaq üçün “TruthGPT” adlandırdığı süni intellekt platformasını işə salacağını açıqlayıb.
Fox News kanalından Tucker Carlson-a müsahibə verən Elon Musk, ChatGPT-yə rəqib olmaq üçün “TruthGPT” adlı süni intellekt platformasını işə salacağını açıqladı.
“Mən TruthGPT adlandırdığım, maksimum həqiqəti axtaran, kainatın təbiətini anlamağa çalışan AI-ya başlayacağam.” dedi. O izah etdi ki, TruthGPT “təhlükəsizliyə aparan ən yaxşı yol ola bilər” və “insanları məhv etmək ehtimalı çox azdır”.
O, Microsoft tərəfindən dəstəklənən ChatGPT-nin arxasında duran OpenAI firmasını “yalan danışmağa süni intellekt öyrətdiyinə” görə tənqid edib. O, həmçinin bildirib ki, OpenAI indi qapalı mənbəli və kommersiya məqsədli təşkilat olan Microsoft ilə sıx ittifaq halına gəlib.