1. Çinin paytaxtı Pekində soxulcanların yağış kimi yağdığı iddia edilən görüntülər gündəm olub.

Sözügedən videolarda avtomobillərin üzərindəkilərin soxulcanlar olduğu bildirilirdi.

Mütəxəssislər isə görüntülərdəkilərin soxulcan olmadığını, kiçik tut qönçələri olduğunu iddia ediblər.

Çin höküməti hələlik baş vermiş vəziyyətlə bağlı rəsmi açıqlama yaymayıb.

Sosial şəbəkə istifadəçiləri “yağış kimi yağan soxulcanlar”ı qiyamət gününün yaxınlaşması ilə əlaqələndiriblər.