Sosial şəbəkələrdə Azərbaycan ordusuna dəstək üçün #Buxalqməğlubedilməz həştəqi yaradılıb.

 

Sözügedən həştəqdə paylaşılan bir status isə qürurvericidir.

 

Belə ki, hazırda cəbhədə döyüşən hərbçilərdən biri televiziya kanallarına müsahibə verərəkən, qızının 7 yaşı tamam olduğunu deyib və onu efir vasitəsilə təbrik edib.

 

Bir qrup gənc bu hadisədən sonra, sözügedən qızı taparaq, ona hədiyyə aparıblar. Hədiyyənin üstünə “Atandan sənə hədiyyə” sözləri yazılıb.

 

Cəbhədəki Əsgərin qızına sürpriz

Cəbhədəki Əsgərin Qızına Böyük Sürpriz