Daun sindromu, daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə xromosom anomaliyasıdır.

İnsan bədənini təşkil edən xromosomların 23-ü anadan, 23-ü isə atadan gəlir. Daun sindromunda 21-ci xromosoma 2 deyil, 3 olur (Bu səbəbdən Daun sindromu Trisomy 21 olaraq da bilinir). Belə ki, normal insanlarda xromosom sayı 46 olduğu halda, daun sindromlu insanlarda bu say 47 olur. Spermatazoidin tərkib hissəsi, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi və s. səbəb olaraq göstərilsə də, hələ ki sindromun yaranma səbəbi dəqiq

məlum deyil. Daun sindromun əsas səbəblərindən biri ananın hamiləlik yaşıdır, 35 yaşdan yuxarı olan hamiləlikdə sindromun yaranma riski daha çox olur. Ammaümumən gənc qadınlar daha çox uşaq sahibi olduğundan, daun sindromlu uşaqların 75-80%-i gənc anaların uşaqlarıdır.

Bu sindromda ölkə, xalq, irq və s. fərqi yoxdur. Ortalama hər 800 körpədən birində daun sindromu olur. Bütün dünyada təxminən 6 milyon daun sindromlu insan var.

 

Daun sindromlu uşaqların 60 faizində eşitmə problemləri olur

Sağlamlığınızı qoruyun

Uşaqların 60 faizində eşitmə problemləri olur

Əlamətlər

Daun sindromu fiziki və zehni geriliyə səbəb olur.

– Daun sindromunda ən çox qarşılaşılan fiziki özəlliklər bunlardır:

– Əzələlərdə gərginliyin az olması;

– Yastı üz quruluşu;

– Kiçik burun;

– Burun kökünün batıq olması;

– Gözün daxili kənarlarında tipik görünüşlü dəri qıvrılmaları (epikantus);

– Anormal quruluşlu qulaqlar;

– Ovucları ortadan iki yerə bölən tək xətt (simian xətti);

– Oynaqların normadan çox açıla bilməsi (hiperfileksibilit);

– Əlin kiçik barmağında ortadakı sümüyün olmaması;

– Dilin ağıza nisbətən daha böyük olması;

Bir insanda qeyd olunan göstəricilərin hamısı və ya bəziləri ola bilir.

Belə uşaqların 60 faizində eşitmə ilə bağlı problemlər olur. 40 faizində anadangəlmə ürək qüsurlarına rast gəlinir. Həzm sistemi ilə bağlı problemlər də normadan artıq olur. Çox zaman qidalanmada da problemlər yaşanır. Tiroid funksiyası pozğunluqlarına da tez-tez rast gəlmək olar. Daun sindromlu uşaqlarda qan xərçənginə daha çox rast gəlinir. Əzələ gərginliyi oturma, yerimə, başlarını dik tutmaqda çətinlik kimi problemlər yaranır. Lakin bunlar sonradan inkişaf etdirilə bilər.

Sindromla bağlı maraqlı faktlar

Mütəxəssislərin bildirdiyinə görə, daun sindromlu şəxslərdə həyat müddəti 16-20 ildir, bununla yanaşı, 80 yaşına qədər yaşayanlar da var.

Daun sindromlu qadınların yarısı çoxalma potensialına malikdir. Kişilərdə isə vəziyyət fərqlidir. Bu günə qədər Daun sindromlu kişilərdən olan sadəcə bir hamiləlik qeydə alınıb. Lakin, sonradan hamiləlik pozulmuşdu. Həkimlər deyir ki, Daun sindromlu uşaqlar kiçik yaşlarda zehni cəhətdən normal uşaqlar kimi olsalar da sonralıqca onlarda çətinliklər yaranmağa başlayır.

Belə uşaqlar 2-3 yaşlarında cümlə qurmağa başlayır. Yarana biləcək zehni problemlərə görə bu uşaqların xüsusi mərkəzlərdə və erkən yaşda təhsil alması mütləqdir.

Müalicəsi varmı?

Daun sindromu genetik problem olduğuna görə müalicəsi yoxdur. Ancaq belə insanlar xüsusi diqqət və proqramlarla həyatlarını rahatlıqla idarə edə və sosial həyat sürə bilərlər.

Bu sindromlu bir aktyorun mükafat aldığını yada salmaq kifayətdir.

 

Bu uşaqlara qarşı ikiqat diqqətli olmaq lazımdır

Sağlamlığınızı qoruyun

Onlara diqqət göstərin

 

Özəl cəhətləri

Daun sindromlu uşaqların bir sıra özünəməxsus xüsusiyyətləri var. Belə ki, onlar dürüstdürlər, qaydalara riayət edirlər, təbiəti çox sevirlər, çox həssasdırlar,təqlid etmək kimi istedadlari vardır, səliqəlidirlər, pintiliyi sevməzlər, eqoist deyillər, incəsənətə xüsusi qabiliyyətləri vardır, qarşılıq gözləmədən sevərlər, yalan deyə bilmirlər, insanları çox sevirlər və kin saxlamırlar.

Necə davranmalı?

Daun sindromu ailənin bir uşağında varsa bu o demək deyilki bütün uşaqları da sindromlu olmalıdır. 3-4 uşaqdan sadəcə 1-i bu sindromla dünyaya gələn ailələr də var. Valideynlər daun sindromlu uşaqlarına qarşı ikiqat diqqətli olmalıdır.

Əvvəllər daun sindromlu uşaqları olan valideynlər cəmiyyətdən uzaqlaşır, uşaqlarını cəmiyyət içinə çıxarmağa çəkinsələr də indiki dövrdə belə uşaqlar və ailələr üçün xüsusi mərkəzlər fəaliyyət görsərir. Beləliklə daun sindromlu uşaqlar da ictimai mühitdə böyüyə bilirlər. Bu da onların inkişafına müsbət təsir göstərir.

Uşaqların daun sindromlu olması, fiziki cəhətdən digərlərindən fərqli olması normal uşaqların bəzilərinin mavi gözlü, sarı saçlı və s. olması kimi bir fərqlilikdir.

Simuzər Rzalı