Özümüz haqqında daima yeni bir şeylər öyrənmək insanın özünə qarşı güvəni artırır. Davranışlarımızın arxasındakı psixoloji səbəbləri bilmək bizi daha çəkici edər. Yəni məsələn, bəzən bir cümlə deyib fikrimizi ifadə edərik. Bir müddət sonra öz fikrimizi başqa dahi insanlar tərəfindən də deyildiyini görəndə bir anlıq özümüzlə qürur duyarıq. Araşdırmalar nəticəsində insan davranışları haqqında aşağıdakı psixoloji həqiqətlər nəzərə çarpır:

1. 16-28 yaş arasında qurulan dostluq münasibətləri daha sağlam və daha uzun ömürlü olur.

2. Ən gözəl məsləhət verən insanlar normalda çox çətinlik yaşamış və yaxud hələdə yaşayan insanlardır.

3. Duyğularımız, hislərimiz insanlarla olan münasibətlərimizə təsir etməz. Əksinə münasibətlərimizin ruh halımıza təsiri daha böyükdür.

4. Əgər bir insan güclü şəkildə günahkarlıq hissi yaşayırsa, başqa insanların hislərini daha tez anlayarlar.

5. Əgər çox düşünməkdən gecələr yata bilmirsinizsə, qalxın və düşüncələrinizi, fikirlərinizi bir vərəqə yazın. Bu zehninizi rahatladacaq.

6. “Sabahın xeyir”, “Gecən xeyrə” – bu tipli mesajlar beyindəki xoşbəxtlik hormonlarını hərəkətə keçirir.

7. Başqa insanları xoşbəxt etmək üçün çalışan insanların əksəriyyəti özlərini yalnız hiss edər.

8. Sevdiyiniz bir insanın əlini tutmaq və ya qucaqlamaq acılarınızın və qorxularınızın azalmasına səbəb olur.

9. Ağıllı insanların normal insandan daha az dostu olur. Çünki belə insanlar seçici olurlar.

İnsan davranışları çox uzun müddət hər bir canlıya maraqlı olub. Və aparılan hər təcrübədən də öyrənilib ki, insanlar davranışlarını şüurlu şəkildə etmirlər. Yəni həyatı boyu nə yaşayıblarsa, psixologiyalarında o şəkildə formalaşır. Bu yaranan kodlar insanların dünyaya baxışını təmin edir.

Psixoloq Xanım Bəşirli