İngiltərənin Dermatoloqlar Dərnəyi koronavirusun daha bir simptomunu elan edib.

Mütəxəssislərin araşdırmalarına görə, quru və qabıq qoymuş dodaqlar da koronavirus əlaməti ola bilər. Pandemiya dövründə səhiyyə qurumları tərəfindən hazırlanmış koronavirus simptomları arasında qızdırma və öskürəklə yanaşı, dəridə yaranan çatlar da qeyd olunub.

Bu əlamət rəsmi olaraq təsdiqlənməsə də, yoluxma faktlarının 20 faizində müşahidə olunub.

Araşdırmalara görə, dodaqlarda quruluq və çatlarla yanaşı, ağız boşluğunda ağrılar da müşahidə oluna bilər.

 

Mübariz ZƏKİ