İngilis Ordusundakı tədqiqatçılar Covid-19 qarşı maddə tapıblar. Bu maddənin həşərat öldürən dərmanların tərkibində olduğu bildirilir.
Bu barədə xəbəri “Sky News” kanalı yayıb. Elm və Texnologiyanı Müdafiə Laboratoriyasından (DSTL) bildirilib ki, bu maddənin adı “Citriodiol”dur. Citriodiol evkalipt ağacının yarpaqlarından və budaqlarından alınan yağdan istehsal olunur.
Tədqiqatda digər növ koronavirusları öldürə bilən Citriodiolun Covid-19-a qarşı da təsirli ola biləcəyi qənaətinə gəlinib, ancaq daha çox sınaqların lazım olduğu bildirilib. İngilis ordusunda kifayət qədər ehtiyatın olduğu və yan təsirləri olmadığı üçün ola bilər ki, bu maddə sınaqdan keçirilsin. Məqalədə, Citriodiol ehtiva edən həşərat öldürücülərinin yeganə həll yolu olmadığı, orduda maskalar, əl yuma və digər qoruyucu üsullardan istifadənin mütləq olduğu bildirilib.
Eyni zamanda Citriodiol istehsal edən “Citrefine” şirkətinin rəsmiləri də məhsulun Covid-19-dan qoruya biləcəyini qeyd ediblər.
Gülər Seymurqızı