Bipolyar affektiv pozuntu daha çox yeniyetməlik və gənc yaşlarda özünü büruzə verən xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər 100 nəfərdən 5-9 nəfəri bu xəstəlikdən əziyyət çəkir.

Bipolyar (ikiuclu) pozuntu (manik-depressiv xəstəlik) iki ayrı xəstəliklə xarakterizə olunan ruhsal pozuntudur. Xəstəlik zamanı bir dövrdə coşğunluq (mani), digər dövrdə isə çöküntü (depressiya) yaşanır. Bir-birlərinə zidd kimi görünən bu iki xəstəlik sakitləşmə və qabarma şəklində bir-birini izləyir.

Xəstəliyin maniya və ya coşğunluq dövrü, əhvalın çox yüksək olduğu və xəstənin həddindən artıq həvəsli olduğu dövrdür. Bu müddət ərzində xəstə  mühüm olmayan fikir və ya layihələri şişirdib, özünü qat-qat yüksəkdə hiss edir, əzəmət haqqında düşüncələr, fikirlər xəstənin beynində yarışır, həddindən artıq enerjili olur, yuxu ehtiyacı azalır, hətta yuxu ehtiyaclarını inkar edir. Nəticələrini nəzərə almadan maraqlı və ya əyləncəli fəaliyyətlərə cəhd etmək (çox pul xərcləmək, çox sürətli maşın sürmək)  xəstəliyin simptomlarına aiddir.

Çöküntü və ya depressiya dövrü isə yuxarıda yazılan vəziyyətin əksidir. Bu zaman xəstə bədbəxtlik, bədbinlik, ümidsizlik, özünə inamda azalma, dəyərsizlik hissləri, şişirdilmiş günahkarlıq və ya peşmanlıq hissi, əvvəllər həzz aldığı fəaliyyətlərdən həzz ala bilməmə, iştahsızlıq və ya yuxusuzluq kimi dəyişikliklər yaşaya bilər, həmçinin ölüm və intihar düşüncələri, bədəndə izah edilə bilməyən ağrılar da bu simptomlara aiddir.

Səbəbləri

Genetik faktorlar xəstəliyin ortaya çıxma səbəblərinin 3/2 hissəsini təşkil edir.

Başqa səbəblərə  isə yaşanılan travma, yaxınının ölümü, itirilməsi, doğuş, işini itirmək və s. daxildir.

Digər  bir səbəb beyində hüceyrələrarası ötürülməni təmin edən, düşüncə, yaddaş, öyrənmə və əhval-ruhiyyənin tənzimlənməsinə təsir edən kimyəvi maddələrin daşınmasında və ya səviyyələrində baş verən dəyişikliklərdir.

Bipolyar pozğunluğun gedişində ən əhəmiyyətli xüsusiyyətlərdən biri onun mövsümi olmasıdır. Mövsümi xüsusiyyət kimi xəstələr yaz-yay aylarında coşqunluq və eyforiya, payız-qış aylarında isə depressiya və durğunluğa girirlər. Xüsusilə yazdan yaya keçid xəstələrin kəskinləşməsi baxımından ən riskli dövr kimi görünür. Bu mövsüm xüsusiyyətinə görə yazın son günlərində və yazın ilk günlərində xəstələrin təxminən dörddə birində vəziyyət pisləşir. Pisləşmənin yaşandığı bu günlərdə impulsiv və reaktiv davranışlar, aqressivlik meylinin artması, hirslənmə, həddindən artıq xərcləmə və coşqunluq nəzərəçarpacaq dərəcədədir. Bunlara əlavə olaraq zaman-zaman intihar meyilləri, daha doğrusu özünə zərər vermə davranışları da müşahidə oluna bilər. Bu dövr üçün intihar çox yüksək olmasa da, riskin artması baxımından diqqətli olmaqda fayda var. Əslində bu mövsümdə xəstələrin diqqəti daha çox pozulur. Nəticə etibarı ilə xəstələrin bu dövrdə xəstələnmə hədləri nisbətən aşağı olur və buna görə də həm özlərinə, həm də ətrafdakı insanlara zərər vurma riski daşıyan davranışlar nümayiş etdirə bilirlər.

Müalicə

Bipolyar pozğunluğun müalicəsində pasientin yenidən xəstələnməsinin qarşısını almaq, həmçinin xəstəlik dövrlərini müalicə etmək üçün profilaktik müalicə nəzərdə tutulur.

Xəstələrə gündəlik həyatları üçün bəzi tövsiyələr vermək  də lazım ola bilər:

  • Narahatlığınızı dostlarınız, ailə üzvləriniz və ya həyat yoldaşınızla (əgər varsa) paylaşın
  • Mümkün qədər nizamlı yatın
  • Narkotiklərdən uzaq dudurun
  • İşdə və evdə stressinizi azaldın.
  • Müntəzəm olaraq yeyin.
  • Müntəzəm olaraq məşq edin.
  • Nəfəs alma məşqləri edin.
  • Qəzəb və depressiya kimi duyğularla tək-tək mübarizə aparmağı öyrənin.

Gündəlik işlərinizi təyin etməyiniz mütləq sizin üçün faydalı olacaq. Beləliklə, mani və ya depressiya dövrlərini tətikləyən potensialı aradan qaldırırsınız.

 

Psixoloq Xanım Bəşirli