Artıq saç rəngini dəyişdirmək çox asandır. Boyalar! Sarıdan bənövşəyiyə qədər ətrafımızda hər rəng saça sahib insanlar görə bilərik. Bəs,saç rənginin dəyişməsinin tək səbəbi boyadır? Xeyr!

İnsan bədənində “melanin” adında piqmentlər mövcuddur. Bu hüceyrələr insan bədəninin bir çox yerinə yayılıb.Dərimizə, saçlarımıza, gözlərimiz və qaşlarımıza rəng verən bu piqmentlər eyni zamanda bizi günəşin ultra bənövşəyi şüalarından qoruyur.
Melanin piqmenti iki yerə ayrılır: Eumelanin və Feomelanin. Eumelanin saç və qaşlarımıza qəhvəyi və qara rəngləri verərkən, feomelanin sarı və narıncı rəngləri verir. Əlbəttə, saç rəngi bu qədər asan əmələ gəlmir. İşin genetik, turşu və qidalanma ilə əlaqəli hissələri də var.

GENLƏRİN ROLU

İlk növbədə, genlər çox önəmlidir. Dominant genlər, (daha çox qəhvəyi və qara rəng) ressesiv genlərlə (sarı və narıncı rənglər) birləşsə də, qəhvəyi və qara rənglər daha üstün olduğu üçün yaranan orqanizmin eumelanin piqmentinə sahib olma ehtimalı daha yüksəkdir.
Əlbəttə ki, hər iki piqment mütləq insan orqanizmində mövcuddur. Lakin genlərimiz, ətraf- mühit, qidalanma tərzimiz bədənimizin hansı piqmenti daha çox istehsal edəcəyinə qərar verir.
Eumelanin ilə Feomelaninin yolları bir nöqtəyə qədər eyni davam edir, lakin həmin nöqtədən sonra ayrılır. Sistein və DopaXrom adındakı iki maddə Triptofan və Tirozin adlı iki turşu tərəfindən idarə edilir. Triptofan və Sistein (eyni zamanda kükürd və glutation) feomelanin,Tirozin və DopaXrom isə eumelaninin istehsalında iştirak edir.

BƏS SAÇIMIZIN RƏNGİ NECƏ DƏYİŞƏ BİLƏR?

saç rəngini boyasız dəyiş

saç rəngini boyasız dəyiş

Triptofan saç rəngi ilə birlikdə beyinin sağlamlığı, sinirlərin impulsları düzgün ötürməsi, qan damarlarının yığılması və bağırsaqlar üçün də vacibdir. Bu maddəni bədənimiz özü yarada bilmir, ona görə də, pəhrizinizə bu maddənin bol-bol tapıldığı qidaları da əlavə edə bilərsiniz.Triptofan maddəsi çatışmadıqda əhvalınızda depresiya, düşük enerji kimi dəyişikliklər baş verə bilər. Yumurta, fındıq,ispanaq, şokolad kimi qidalar triptofan cəhətindən əlverişli qidalardır. Qeyd edək ki, feomelaninin xüsusiyyətləri arasında ağ rəngli dəri, sarı və ya narıncı saçlar və çillər mövcuddur.
Tirozin maddəsi eumelanin piqmentini yaradır. Bu maddə kifayət qədər eumelaninin yaradılması üçün çalışmırsa, siqnal Sistein’ə doğru yönəlir və orqanizmin bədənində eumelanin yerinə feomelanin yaradılmağa başlayır. Süd, toyuq əti və balqabaq tumları tirozin baxımından əlverişli qidalardır.
Bundan başqa, həyatımızın bəzi vaxtlarında genlərimiz açılıb-qapanır. Bu zaman da bədənimizdə bir çox dəyişikliklər yarana bilər (saçın düzləşməsi və ya qıvırcıqlaşması,hətta göz rənginin dəyişməsi).

DİQQƏTLİ OLUN!

Hər nə qədər ətraf mühitin və qidaların piqmentlərin istehsalında rolu olsa da, saç rənginin əmələ gəlməsi olduqca qarışıq mərhələlərdən ibarətdir. Ekspertlərin fikirlərinə görə, piqmentlərin dəyişməsi üçün tirozin və ya triptofan turşularının fəaliyyətinə mane olmağa çalışmaq çox böyük risk daşıyır. Unutmayın ki, feomelanin dərini günəşin ultra bənövşəyi şüalarından qorumaq üçün çox zəifdir, bu səbəblə dərinin qorunması üçün melaninlər günəşin təsir etdiyi hissələrə toplaşaraq çillər yaradır. (Bəzən hiperpiqmentasiyaya səbəb olaraq dəridə tünd və böyük ləkələr də yarada bilər) Belə insanların dəri xərçənginə tutulma ehtimalı yüksəkdir. Eumelanin isə dərini günəşin ultra bənövşəyi şüalarından qorunmasında daha yaxşı iştirak edir.

Son olaraq qeyd etmək lazımdır ki, bu hər insanda rast gəlinmir. Nadir hallarda bu hadisə baş verə bilir.

   Amilə Hümmətova