Qazaxıstanda doktorantlar dissertasiya yazmayacaqlar. Onlar bu prosesi keçmədən də doktorantlıq işini müdafiə edə biləcəklər.
Elm və təhsil naziri Asxat Aymaqambetov bildirib ki, Qazaxıstanda bu yaxınlarda dissertasiya şuralarının işi ilə bağlı NPA-ya düzəlişlər qəbul edilib.
Onun sözlərinə görə, indi dissertasiya şuralarının tərkibi beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.
Müdafiənin nəticələrinə əsasən dissertasiya şurası dörd qərar variantından birini qəbul edə biləcək:
1. elmlər namizədi elmi dərəcəsinin verilməsi,
2. elmlər namizədi elmi dərəcəsinin verilməməsi,
3. dissertasiyanın təkrar müdafiəyə göndərilməsi və ya
4. təftiş üçün
Eyni zamanda səsvermədə rəsmi rəyçilər də iştirak edəcək”, – deyə nazir özünün “Facebook” səhifəsində yazıb.
Bu imkan bir çox xarici universitetlərdə uzun müddətdir var. Ancaq bu həll əlavə seçim kimi çıxış edir. Əgər arzu edərsə, doktorant əvvəlki kimi dissertasiya yazmaqla və müdafiə etməklə adi variantı seçə bilər”, – deyə DİM-in rəhbəri izah edib.