“İrqçilik ideoloji düşüncə deyil, əksinə psixoloji bir xəstəlikdir”.
Malcom X

Bəli, irqçilik xəstəlikdir. Heç kəs irqçi olaraq dünyaya gəlmir. Bu, insanlara sonradan yoluxan və təəssüf ki, müalicəsi olmayan bir xəstəlikdir. İrqçilik cəhalətdən yaranır. İnsanları dilinə, dininə, irqinə və digər özəlliklərinə görə kateqoriyalara ayırmaq və səninlə eyni olmadıqları üçün o insanlardan nifrət etmək irqçilikdir. İrqçi insanlar fərqlilikləri zənginlik kimi görmək yerinə, öz varlıqları üçün təhdid hesab edir.

Günümüzdə edilən DNA araşdırmaları nəticəsində hər kəsin fərqli millətlərdən olan insanlarla genetik qohumluqları təsbit edilib və heç kəsin saf halda müəyyən bir irqi təmsil etmədiyi məlum olub. Buna baxmayaraq irqçilik hələ də mövcuddur.

“Gözlərimizin və dərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.”

İrqçilik bir xəstəlikdir

Tarixə nəzər saldıqda, irqçiliyin doğurduğu dəhşətli hadisələrin şahidi oluruq. Əsrlərdir ki, insanlar yəhudi irqindən olan insanlardan uzaq durmağa çalışıb və onları təcrid edib. Buna nümunə kimi ll Dünya Müharibəsində, Nasist Almanyasında irqçilik səbəbiylə 6 milyona yaxın insanın işgəncələrlə öldürülməsini göstərmək olar. Almanlar öz irqlərinin dünyadaki ən üstün irq hesab edir və digər insanlara ikinci sinif rəftarı göstərirdilər. 1865-ci ilə ABŞ-ın cənub əyalətlərində yaranan Ku Klux Klan təşkilatı, qaradərili insanların öldürülməsi və ya kölə olaraq ağdərili insanlar üçün işləməsi ideayasını müdafiə edirdi. Təşkilat zəifləsə də, günümüzdə hələ də eyni ad altında olan cəmiyyət var.

Bu xəstəliyə uşaq yaşımızdan düçar oluruq

İrqçilik uşaq yaşlarından başlayır

ll Dünya müharibəsindən öncə SSRİ-nin torpaqlarında yer alan Ukraynadakı Kırım yarımadası rusların irqçi qətliamlarının qurbanı oldular. 1 milyona yaxın Kırım Tatar Türkü qatarlara doldurularaq, Sibirə sürgün edildilər. İnsanların Sibirə gəlib çatması həftələr çəkdi və bir çox insan aclıq və susuzluqdan dünyasını dəyişdi.

1948-ci ildə Çin ordusu ölkənin qərbində yer alan və Uyğur Türklərinin yaşadığı bölgəni işğal etdi. 20 milyona yaxın Türkü illərdir əsarətdə saxlayan Çin, günümüzdə də bölgədə yaşayan müsəlmanlara namaz qılmağı, oruc tutmağı və qadınlara baş örtüsünü qadağan edib.

Ən inkişaf etmiş ölkələrdə belə irqçilik başlıca qlobal problemlərdən biridir. Son zamanlarda irqçilik problemi yenə gündəmə gəlməyə başladı. Aksiyalar, mitinqlərin etiraz səsləri dünyaya yayılmağa davam edir. ABŞ-da George Floyd adlı qaradərili şəxsin polis məmuru tərəfindən öldürülməsinin videogörüntüləri dünyada irqçiliyə qarşı olan etirazları alovlandırdı. Videoda polis məmurunun Corc Floydu əlləri bağlı şəkildə, boynuna 8 dəqiqə 46 saniyə öz dizi ilə basaraq boğub öldürməsi görüntülənib. Videoda Corc Floydun ‘’Nəfəs ala bilmirəm” deyə qışqırması eşidilib. Cinayəti törədən polis məmuru Derek Çauvin və olaya qarışan digər üç məmur da həbs edilib. Etirazlar bütün ölkəni bürüdü. İnsanlar ədalətin öz yerini tapması üçün küçələrə axışaraq, mitinqlər başlatdılar.

Meksikada uşaqlarla belə bir eksperiment edildi. Dəri rəngləri fərqli olan iki kukla uşaqlara təqdim olunub. Hansı kuklanın daha gözəl olduğu sualı veriləndə uşaqların əksəriyyəti ağdərili kuklanı seçirlər. İrqçilik anlayışı təəssüf ki, erkən yaşlarından insan şüuruna yeridilir. İrqçilik bir insanın beyninə girə biləcək ən zəhərli, ən çirkin düşüncədir. Nə səbəblə olsa da, irqçiliyi müdafiə edən, normal görən bir zehniyyət insanlığın üz qarasıdır və bu acıların səbəkarları olan qatillərlə ortaq olmuş sayılır.

Məryəm Hüseyn