Dünya ölkələrinin bəzi şəhərləri var ki, onlar yaşamaq üçün ən əlverişli şəhərlərdir.
Avstriyanın paytaxtı Vyana yaşamaq üçün dünyanın ən yaxşı şəhəri hesab olunur. Bu şəhər 10 il dalbadal bu siyahıya başçılıq edib.
Yaşayış keyfiyyəti araşdırmalarına dair “Mercer” reytinqinə görə, dünya şəhərləri siyahısında Vyanadan sonrakı yerləri İsveçrənin ən böyük şəhəri Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen ve Kanadanın Vankuver şəhərləri tutur. Dünya şəhərləri içərisində ən təhlükəsiz şəhər isə Lüksenburq hesab olunur. Lüksenburqun ardınca Finlandiyanın paytaxtı Helsinki və İsveçrənin iki şəhəri – Bazel, Bern və şəhərləri gəlir.
Dünyanın ən təhlükəsiz 10 şəhəri
“Mercer” reytinqinin hesablanmasında siyasi sabitlik, cinayətkarlığın səviyyəsi, insan haqları və şəxsi azadlıqlar, səhiyyə və təhsilin səviyyəsi, yaşayış evlərinin keyfiyyəti, ictimai nəqliyyatın işi və asudə vaxtın keçirilməsi imkanları nəzərə alınıb.
Yaşamaq üçün ən yaxşı şəhərlər siyahısının ilk 10 şəhəri bunlardır:
Vyana

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhər
Sürix

İsveçrənin şəhəri
Vankuver

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər
Münhen

Almaniyanın Münhen şəhəri
Oklend

Yeni Zellendiyanın şəhəri
Düsseldorf

Almaniyanın qərbində yerləşən şəhəri
Frankfurt

Almaniyanın Frankfurt şəhəri
Kopenhagen

Danimarkanın Kopenhagen şəhəri
Cenevrə

İsveçrənin Cenevrə şəhəri
Bazel

İsveçrənin şimal-qərbində şəhər
Bakı dünya şəhərləri arasında 195- ci sıradadır
Azərbaycanın paytaxtı Bakı isə 231 şəhər arasında 195-ci yerdədir.
Axırıncı yerdə isə İraqın paytaxtı Bağdad şəhəri yer alır. İllərdir ki, vətəndaş müharibəsinə sürüklənmiş Suriyanın paytaxtı Dəməşq isə Bağdaddan altı sıra yuxarıda gəlir.
Şəxsi təhlükəsizliklə bağlı ən pis şəhərlər arasında Dəməşqdən sonra Banqi (Mərkəzi Afrika Respublikası), Səna (Yəmən), Kinşasa (DR Konqo), Bağdad (İraq) və Kəraçi (Pakistan) şəhərləri də var.
Aydın Nuri