Tarixi gözəllikləri ilə insanı valeh edən dünyanın ən gözəl qatar stansiyaları Malayziya, Türkiyə, Tayland, ABŞ, Finlandiya, Belçika və İsveçrədə yerləşir.
Həmin stansiyaları təqdim edirik:
19-cu əsrin sonlardında ingilislər tərəfindən istifadə edilən bu qatar stansiyası Malayziyada yerləşən Kuala Lamour stansiyasıdır.
Bu şəkildəki stansiya isə Türkiyədə yerləşir. Sirkəci Terminalı adlanan bu stansiya 1890-cı ildə tikilmiş Şərqşünas Gotik üslublu binadır.
Taylandda yerləşən Hua Hin stansiyası Banqkokdan 4 saat aralıqda yerləşir. Stansiyanın sarı, ağ və qırmızı rəngli üslubu isə xüsusi diqqət çəkir.
Amerika Birləşmiş Ştatlarında yerləşən Grand Mərkəzi stansiyası ildə 82 milyon sərnişinin istifadəsində olan stansiyadır. Dizaynı, ikonik yaşıl tavan rəngi və saatı çox cəlbedicidir. Stansiyada yerləşən məşhur restoranlar isə çox fərqli bir xidmətdir.
Mərkəzi Helsinki stansiyası Finlandiyada yerləşir. 1919-cu ildə inşa edilən stansiyanın ön tərəfində dörd böyük heykəl var. Heykəllər əllərində tutduqları sferik işıqlarla işıqlandırma funksiyasını da yerinə yetirirlər.
Belçikada yerləşən Antverpen Sentral stansiyasının 116 yaşı var. İkinci Dünya Müharibəsində bombalamasına baxmayaraq, stansiya nəhəng günbəzi, poladdan və şüşədən hazırlanmış platforma sahəsi ilə cazibədar görünür.
Junfraujoç stansiyası İsveçrədə yerləşir. Dəniz səviyyəsindən 3350 metr yüksəklikdə yerləşən bu kiçik stansiya Avropanın ən yüksək qatar stansiyasıdır. Bura gəlmək üçün İnterlakendən qatarla getməli və Alp dağlarında təxminən iki saat səyahət etmək lazımdır.
Gülər Seymurqızı