Məntiqi bir açıqlaması olmasa da, bəzən batil inanclar həyatımıza girərək davranışlarımıza təsir edir. Hər bir ölkənin bir çox fərqli batil inancları var. Oxuduqca sizi təəccübləndirəcək bəzi batil inancları təqdim edirik:
İspaniyada bir inanca görə, yer süpürülərkən süpürgə bekar bir insanın ayağına dəysə, həmin insan ömür boyu yalnız olacaq.
Yunanıstanda səbr gətirmək birinin sizin arxanızdan danışdığı mənasına gəlir.
Almanyada su dolu qədəhi qaldırıp “şərəfə!” demək, qədəhi qaldırdığınız şəxslərin ölməyini diləmək mənasına gəlir. Bu, Almaniyada məşhur bir inancdır. Ona görə də, əgər əlinizdə qədəh varsa, diqqətli olmalısınız.
İspaniyada ayın 13-ü çərşənbə axşamı günündə heç nə edilmir çünki uğursuzluq gətirdiyinə inanılır. O gün İspaniyada heç kəs evlənməz.
Çində uzun bir əriştə yemək həmin şəxsin uzunömürlü olacağı mənasına gəlir. Buna görə də, əriştənin hamısını bir dəfəyə yemək lazımdır.
Hindistanda cümə axşamı və şənbə günləri saç kəsilmir, bunun uğursuzluq gətirdiyinə inanılır.
Finlandiyada hörümçək öldürməyin ertəsi gün yağışa səbəb olacağına inanılır.
Yaponiya və Türkiyədə qaranlıqda güzgüyə baxılmır.
Misirdə kabuslar görməmək üçün yastığın altına qayçı qoyulur.
Hollandiyada yemək süfrəsində mahnı oxumaq şeytana şükür etmək mənasına gəlir və uğursuzluq gətirir.
Çində 4-13-14-23-24 nömrələrinin uğursuzluq gətirdiyinə inanılır.
İspaniyada yeni ilə girərkən, saat 00:00-da 12 üzüm yeyildiyində yeni ilin uğurlu olacağına inanılır. Buna görə də bir çox ispan yeni ildə 12 üzüm yeyir.
Rusiyada birinə çiçək verərkən, çiçək sayı tək ədəd olmalıdır. Çünki cüt ədəd cənazələrdə verilir.
Danimarkada qırılan qab-qacaq parçaları il boyu saxlanılır. İlin sonunda həmin parçalar qonşuların evinə atılır. Bunun uğur və bərəkət gətirdiyinə inanılır.
Türkiyədə gecələr saqqız çeynəmək uğursuzluq gətirir. Bunun ölü ət çeynəməklə eyni mənaya gəldiyi düşünülür.