O, bu hərəkətinə görə “Dünyanın ən cəsur adamı” seçildi.

Amerika Birləşmiş Ştatlarının Vyominq şəhərində Bridcer Volker  adlı  uşaq 4 yaşlı bacısını itlərin hücumundan xilas edib. İtlərin hücumu nəticəsində onun üzünə 90-dan çox tikiş qoyulub. Bu hadisədən sonra   6 yaşlı Bridcer Volker “Dünyanın ən cəsur adamı” elan edilib. Hadisə zamanı Bridcer Volker “əgər burda bir nəfər öləcəksə, o da mən olacam” deyə düşünüb.

Onun Bu Hərəkəti Dünyanın Gündəmində

İtlərin hücumuna məruz qalan qız və dünyanın ən cəsur adamı

Bu addımına görə sosial mediada böyük heyranlıq qazanan Bridceri “Hörümçək Adam” filmindən tanıdığımız Tom Holland filmin yeni çəkilişlərinə baxmağa dəvət edib. Kris Evans, Kris Hemsvorz, Robert Doney, Anna Hetevey kimi Hollivud ulduzları sosial media hesablarında balaca qəhrəman haqda paylaşımlar edərək onun bu addımını alqışlayıb. Bridcer Volker Dünya Boks Şurası tərəfindən “Dünyanın ən cəsur adamı” seçilib.

 

Mübariz Zəki