Qlobal Velosiped İndeksi dünyanın velosiped üçün ən əlverişli şəhərlərinin yeni siyahısını hazırlayıb.
Hollandiyanın Utrext şəhəri dünyanın “ən velosiped dostu” şəhəri seçilib.
Utrextdə dünyanın ən böyük qapalı velosiped parkı var. Velosipedçilərin sayı, velosiped yolları, yol qəzalarının azlığı və velosiped mağazalarının müxtəlifliyi bu şəhəri siyahıda birinci edib.
Bu ölkənin paytaxtı Amsterdam isə siyahıda 5-ci yerdə qərarlaşıb.
Reytinqdə ilk 10 yerdə bu şəhərlərdir:
Utrext, Hollandiya
Münster, Almaniya
Antverpen, Belçika
Kopenhagen, Danimarka
Amsterdam, Hollandiya
Malmö, İsveç
Hançjou, Çin
Bern, İsveçrə
Bremen, Almaniya
Hannover, Almaniya
Fransanın paytaxtı Paris 32-ci, İspaniyanın paytaxtı Madrid 44, İngiltərənin paytaxtı London 62, Yunanıstanın paytaxtı Afina 66-cı yerdə qərarlaşıb. Türkiyə şəhərlərindən isə İstanbul 90-cı yerdədir.
Cənubi Afrikanın Yohannesburq şəhəri dünyanın “ən pis velosiped şəhəri” seçilib. Şəhər ölümlə nəticələnən velosiped qəzalarına görə birinci yerdədir.
Cənubi Afrikanın Yohannesburq şəhəri dünyanın “ən pis velosiped şəhəri” seçilib. Yohannesburq ölümlə nəticələnən velosiped qəzalarına görə birinci yerdədir, çox az adam velosiped sürür.
Araşdırma çərçivəsində ənənəvi velosiped şəhərləri ilə yanaşı, velosiped infrastrukturunu və təhlükəsizliyini yaxşılaşdırmaq üçün sərmayə qoyan və təşəbbüs göstərən dünyanın hər yerindən şəhərlər də seçilib.
Şəhərlərin velosiped sürmək üçün əlverişli olub-olmadığını müəyyən edən müxtəlif amilləri araşdıran siyahıda ilk növbədə velosiped sürənlərin faiz nisbətinə baxılıb. Sonra onlarda velosiped zolağının infrastrukturu, təhlükəsizlik və keyfiyyət, velosiped oğurluğu və qəzalarla bağlı cinayət işləri incələnib.
Siyahı müəyyən edilərkən velosiped sürmək üçün əlverişli hava şəraitli günlərin sayı, avtomobilsiz günlər və velosiped icarəsi məntəqələri kimi amillər də nəzərə alınıb.