“Piqmalion effekti” və ya “həqiqətə çevrilən kəhanət” kimi adlandırılan bu araşdırma ətrafımızdakı insanların bizimlə bağlı düşüncə və davranışlarının uğur qazanmaqda bizə necə təsir göstərdiyindən bəhs edir.
Bu effektin tam olaraq təməlində “şəxs nəyi istəyərsə, onu reallaşdırma faizi daha yüksəkdir” cümləsi yerləşir. Yəni, düşüncələrimiz davranışlarımıza istiqamət verər və bu da bizi nəticəyə aparar.
Bu effektə iki nümunəyə nəzər salaq:
- Əgər bir insanı potensiallı biri olaraq düşünərsək, və o insanı bu mövzuda dəstəkləyərsək, həmin şəxsin özünə olan qüvvəsi artar. Nəticədə potensialını bildiyi işlər üçün xərcləyər. Bizim o insan haqqında olan fikrimiz təsdiqlənmiş olar.
- Eyni şəkildə neqativ, yəni əks düşüncələr üçün də bu keçərlidir. Bir insan haqqında mənfi düşüncələrimiz həmin şəxsin özünə olan güvənini zədələyər. Nəticədə edə biləcəyi işi belə sona çatdıra bilməz. İnanclarımız, düşüncələrimiz bizim illər sonra harada, hansı məqamda, cəmiyyətdə hansı sosial adda olacağımıza istiqamət verir. “Düzgün olmayan inanclar zamanla real olar”.
Yuxarıda qeyd etdiyimiz 2-ci nümunə “Golem effekti” adlanır. Hətta demək olar ki, aparılan tədqiqatlar nəticəsində “Golem effekti”nin daha təsirli olduğunu deyə bilərik. Biz insanlar oturub həqiqətən düşünməliyik: “Nəyə inanırıq?”, “Bizə deyilən nədir? Həqiqət , yoxsa sadəcə insanların topladığı və ötürməyə çalışdığı düzgün olmayan düşüncələr?”.
Psixoloq Xanım Bəşirli