Kuba tarixində  1953 –cü  ilin   26  iyul  tarixi  önəmli bir gündür. 50-  ci  illərdə ABŞ investisiyasından asılı  idi. Fulhensiya Batista  hakimiyyətə gələndən sonra hərbi diktatura elan edir, həmçinin Kommunsit Partiyasını da ləğv edir. Cavan ali təhsilli kubalılar bu rejimlər barışmadılar və etiraz etdilər. Onların içəriisndə Fidel Kastro da var idi. Fidel Kastro Ortodokspartiyasının üzvü olaraq mübarizə aparırdı partiyanın qətiyyətsizliyi Fideli partiyadan ayrımağ məcbur edir.

26 iyul  1953 – cü ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücuma keçirlər. 2 saatlıq döyüşdən sonra inqilabçılar məğlub olur. İnqilabçıların sağ qalan qismi həbs olunur, o cümlədən,  Fidel Kastro.

Fidel Kastronun məhkəməsi həmin ilin 16 oktyabr tarixində gizli  bir xəstəxanada edilir. Məhkəmədə  hüquqşünasdan imtina Fidel özünü müdafiə edir.

Fidel Kastro : “Fəryadım susdurula bilməz”

Tarixdə böyük iz qoyan həmin  nitqi ixtisarla  təqdim edirik.

Fidel Kastro

Fidel Kastro

Şərəfli hakimlərimiz!

Qəlbinizdə ölkəniz, insanlıq, və ədalət üçün bir sevgi varsa diqqətlə qulaq asın. Bilirəm uzun çəkəcək , hətta səsim susdurulacaq. Ölkə idarəetmənin bütün faktlarını gizlədəcək. Bilirəm ki, məni dəfn etməyə çalışırsıniz. Ancaq fəryadım susdurula bilməz. Özümü tənha hiss edəndə  belə  bu səs sinımdən çıxacaq.

27 iyulda radioda diktatora qulaq asdım. O gün xalqımızın azadlığına, ümidlərimiz xarabalıqların və itkilərin altında qalmasına baxmayaraq bu sarsılan ümidləri şeytani  bir zövqlə eşidən və əvvəlkidən daha kobud danışan zülmü dinlədik . Onun kobud, iyrənc və nifrətli dilindən tökülən yalan  öz razılığı ilə  tökdürdüyü gənclərin qanı ilə müqayisə edilə bilər. Dediklərinə  biraz belə inanmaq vicdana sahib bir insanın sonrakı  həyatında utanca və vicdan əzbı ilə yaşamasına səbəb ola bilər.

Monkada  kazarması işgəncə və ölüm mərkəzinə çevrildi. Bəziləri əynindəki geyimlərini qəssab önlüyünə çevirdi. Divarlar qanla boyanmışdı.

Kubanın taleyini yazan bu günahkar əllər əsir götürülən insanlar üçün bir yazı yazdılar: Bütün ümidlərinizdən əl çəkin.

Hər cəmiyyətdə belə heyvan motivləri olan kişilər var. Ən yaxşı və ən cəsur, dürüst kubalılar onların əlində  yox oldu…Diktator.

Bu döyüşdə mübarizə aparanlara öz idealarından çəkinmək təklif olundu , qarçılığında isə sərbəst olacaqdılar. Lakin, qəzəbli şəkildə bu təklif rədd olunanda işgəncələr davam etdirildi. Kiminin gözləri çıxarıldı, ancaq heç kim təslim olmadı.

Yoldaşlarımız Melba Hernandez və Haydee Santamarianın olduğu yerə əllərində insan gözü ilə daxil oldular. Santamariyaya : “ Bu qaraşınındır.Əgər, onun bizə demdiklərini sən də söyləməsən, o biri gözünü də çıxaracağıq ”. Santamariya cavabında : “ Tək gözü ilə ondan heç bir məlumat ala bilməmisinizsə , məndən heçbir məlumat ala bilməzsiniz” .

kastronun nitqi

Tarix Mənə Bəraət Qazandıracaq

Müdafiəmin sonuna gəldim. Bağışlanmaq  istəmirəm. Prezidenti oğru  və günahkar olan ölkədə  dürüst insanların ölməsi və ya həbsdə olması  başa düşülən bir vəziyyətdir. Bilirəm ki, məhbusluq həyatı çətin olacaq. Amma yoldaşlarımın canını alan diktatordan qorxmuram. Məni həbs edin! Tarix mənə bəraət qazandıracaq!

 

Gülər Seymurqızı