– “Ən gözəl qol boş qapıya vurulan qoldur”

– “Başqalarının fikirlərindənsə, öz fikirlərimlə məğlub olmağı daha üstün tutaram.”

– “Futbol asan bir oyundur, çətin olanı isə asan futbol oynamaqdır.”

– “İtalyanlar sizə qarşı qalib gələ bilməzlər, amma siz onlara məğlub ola bilərsiniz”.

– “Asan bir oyunun belə çətin tərəfi pis olan rəqibini daha pis oynatmağı bacarmaqdır”.

– “Bir səhv etmədən əvvəl o səhvi etmə”.

– “Hər qeyri-üstünlüyün bir üstünlüyü vardır”.

– “Ağzında fitlə qaçma. Əlində tut ki, fiti ağzına aparıb çalmadan öncə, düşünməyə zamanın olsun”.

– “Oyunda sadəcə 1 top olur. Buna görə də oyunda ona sahib olmaq lazımdır”.

– “Nəticə yoxdursa, keyfiyyətli oyunun bir mənası yoxdur. Keyfiyyət olmadan alınan nəticə isə sıxıcıdır”.

– “Məni anlamanızı istəsə idim, daha yaxşı izah edərdim”.

– “Texnika bir topu 1000 dəfə çiləyə bilmək deyil. Hər kəs bunu çoxlu təkrar etməklə edə bilər, sonra gedib bir sirkdə rahat işləyə bilər”.

– “Əgər qazana bilmirsənsə, o zaman məğlub olma”.

– “Pulu çox olan bir klubu niyə məğub edə bilməyəsən ki? Mən pulla dolu bir çantanın qol vurduğunu görməmişəm”.

– “Rəqibin ən pis oyunçusunun topla ən çox rəftar edən oyunçu olmasına şərait yaratmaq lazımdır. Beləcə, vaxt itirmədən topu geri ala bilərik”.

– “Çalışmağı sevirəm, amma, sadəcə, sevdiyim işlərdə çalışmağı”.

– “Həkimlər siqareti buraxmasam, artıq futbol oynaya bilməyəcəyimi dedilər. Mən də futbolu buraxdım”.