Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir.

Gecə saatlarında düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlərin və yaralananların olduğu bildirilir. Həmçinin, yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

Gəncə yenidən atəşə tutuldu

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

Gəncə yenidən atəşə tutuldu

Gəncə yenidən atəşə tutuldu

Hadisə nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb. Yaralılar arasında azyaşlılar da var.