Kapadokiya 60 Milyon il əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir şəhərdir. Hitit, Friq, Fars, Roma, Bizans və Səlçuk kimi  böyük  mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı-bərabəri yoxdur. Qayalarda oyulan  evlər və kilsələr bölgəni Roma İmperiyasının  təzyiqlərindən qaçan  xristiyanlar üçün  böyük bir sığınacağa çevirilib.

Kapodokiya fars dilində “Katpatuk” – “Gözəl atlar diyarı” deməkdir.

1985-ci ildə Kapodokiyanı UNESCO qoruma altına alınıb.

Bu rayonda insanlar Neolit dövründən (e.ə VIII-III minilliklər) məskunlaşıblar. Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kappadokiyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalıb. Bu sarsıntı nəticəsində Pəribacası yaranıb. Bu fəlakət əslində bir gözəlliyin də yaradıcısına çevrilib.

Kapodokiya fars dilində “Katpatuk” – “Gözəl atlar diyarı” deməkdir.

Kapodokiya

Kapodokiyanın görməli yerləri

Kapodokiyada gəziləcək 15 turistlik yer aşağıdakılardır:

Pəribacaları – Kapodokiya dedikdə ilk ağla gələn turistlik yerdir.

Görəmə Milli parkı –1986-cı ildə qoruma altına alınıb. Qeyri-adı “Periwinkles” çiçəkləri ilə məşhur olan park Göremə açıq hava muzeyi ilə birlikdə buranın tarixi və etnoloji quruluşunu ortaya qoyur.

Uçhisar – Möhtəşəm Uçhisar qalasının ətəklərində tikilmiş məskunlaşma sahəsidir. İpək yolu üzərində möhkəm bir dayanma olduğu üçün zəngin mədəni müxtəlifliyə malikdir.

Güllüdərə vadisi –Çavuşin və Göremə arasında yerləşir. 5 tarixi kilsə ilə xoş bir gediş marşurutudur.

İhlara vadisi – “Melendiz Stream” dərəsi yumşaq təməlinin eroziyası ilə formalaşıb.

Zelve Örən yeri – Avonosdan yalnız 3 metr uzaqlıqda yerləşir. Digər bölgələrə nisbətən daha çox sıx olan 3 coğrafiyadan ibarətdir.

Ürgüp – gecə həyatı və bölgədəki tuirstlik yerlərinin böyük əksəriyyəti burada olduğu üçün qalmaq üçün ilk yerdir. Ürgüpdəki otellər Kapodikayanın ürəyi olaraq tanınır. Bura ailələr üçün ideal tətil yeridir.

Paşabağ Rahiblər Vadisi, Derinquyu yeraltı şəhəri, Uçhisar qalası, Qaymaqlı yeraltı şəhəri, Kapodokya mağaraları, Göyərçin vadisi, Aşk vadisi, Mazi yeraltı şəhəri isə özlərinə məxsus möhtəşəm dekorasiya və tarixi dəyərləri ilə Kapodokiyada ziyarət edilməsi tövsiyə edilən turislik yerlərdir.

Kapodokiyanın görməli yerləri

Kapodokiyanın görməli yerləri

Kapodokiyanın ləzzətli təamları

Buranın məşhur yeməyi Testi kababıdır. Saxsı qabda Çoban qovurma, “Çömlek fasulyesi”, məzələr, restorana məxsus isti təndir çörəyi, bölgəyə məxsus pendir çeşidləri – bir sözlə, mədənizin bayram edəcəyi mətbəxə sahibdir Kapadokya. Qiymətlər isə cox da baha deyil.

Kapodokiyanın məşhur yeməyi

Testi Kababı

Kapadokyaya nə vaxt səyahət etməli?

Hər il 2 milyon turistin ziyarət  etdiyi Kapadokyaya səyahətin ən gözəl vaxtı aprel-may, oktyabr-noyabr aylarıdır. İqlimi turizm üçün çox da əlverişli olmadığına görə  (qışı çox soyuq, yayı isə cox isti) qış və yayda getmək çox da məsləhət görülmür.

Ülkər Abdurahmanlı