Oxuduğu “İsyan” mahnısıyla məşhurlaşan Türk müğənni Halil Sezai, ona səs-küy saldığı üçün xəbərdarlıq edən 67 yaşlı qonşusunu ölümcül döyüb.

Görüntülər anbaan sosial medianın gündəmində.

Hadisə dünən səhər saatlarında Türkiyənin Tuzla bölgəsində baş verib. Çəkiliş edən müğənni Halil Sezai eyni məhəllədə qaldığı deyilən yaşlı kişiylə mübahisə etməyə başlayıb. Mübahisəyə müğənninin dostları da qoşulub. Yaşlı kişi Halil Sezai və dostlarını şikayət edib. Zərərçəkənin şikayətinə baxıldıqdan sonra Halil Sezai, onun rejissor dostu Aytac Ağırlar, Taner Okçular və Ecem Ağırlar polis bölməsinə aparılıb. 4 nəfərin izahat alındıqdan sonra sərbəst buraxılıb.

Məşhurlardan Halil Sezaiyə sərt reaksiya

Məşhur müğənni və bəstəkar Sinan Akçıl həmkarının bu hərəkətini sosial şəbəkə hesabından tənqid edib: “Sərxoşluq var, yaşlılara əl qaldırmaq var, nə adətdir bu? Sənin gücün o əmiyə çatar. Mənə gücün çatardı bəs görəsən? Yazıq sənə. Acınacaqlı vəziyyətdəsən”.

Sinan Akçıl, Halil Sezai adam dövdü

Hadisə ilə bağlı Mustafa Ceceli də öz “İnstagram” hesabında paylaşım edib: “Yaşlı adamı döy.. Dəyərlərini təhqir et.. Sonra da üsyan et. Sənətçi (?) olmusan, adam ola bilməmisən.. heyf”.

Mustafa Ceceli, Halil Sezai adam döydü

Hadisəyə Ayşegül Yıldız da reaksiya verib: “Ayıb olsun, vicdansız. Eynisini yaşamağın diləyilə”.

Sosial şəbəkə istifadəçiləri də müxtəlif həştəqlərlə paylaşımlar edərək, Halil Sezainin etdiyi əmələ görə cəzalandırılmasını tələb edib. Qeyd edək ki, sənətçi bundan öncə də buna bənzər mübahisələrlə gündəmə gəlib.

 

Mübariz ZƏKİ